Azərbaycanda VAR sistemi sınaqdan keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, “ASK Arena”da keçirilmiş Azərbaycan U-17 - “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub. Videoköməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetiriblər.
Qeyd edək ki, FIFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.