AZƏRBAYCANDA XÜSUSİ İDMAN KANALI AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının aprelin 11-də keçirilmiş iclasında ölkə ərazisində sahə xarakterli kanalların - idman, mədəniyyət, təhsil, uşaq və gənclərlə bağlı televiziyaların açılması məsələsi müzakirə olunmuşdur.
Şura son dövrlərdə idman sahəsində Azərbaycanın uğurlarını, bu sahəyə dövlət dəstəyini, bölgələrdə olimpiya-idman komplekslərinin tikilməsini, ölkəmizin olimpiya hərəkatında fəal iştirakını, eləcə də, Bakı şəhərinin 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarında namizəd şəhər kimi qeydə alınmasını və digər faktları əsas götürərək, 2008-ci il aprelin 21-dən etibarən idman kanalının açılması üçün müsabiqə elan etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]