Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ABŞ-ın maddi yardımına ehtiyacı yoxdur

Azərbaycanın ABŞ-ın maddi yardımına ehtiyacı yoxdur

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycanın müstəqilliyini bərpa etdiyi 32 il ərzində bütün sahələr üzrə qazandığı uğurlar dünyada nadir hadisələrdəndir. Bu müddətdə iqtisadiyyatda sürətli artım tempi, xarici siyasətdəki irəliləyiş və hərbi sahədəki uğurlar ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Xüsusilə, son 20 ildə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət Azərbaycanı dünyada qalib dövlət kimi tanıtdı. İyirmi ilin siyasəti iki yüz ilin erməni düşmənçiliyini yerlə-yeksan etdi. İyirmi ilin siyasətinin uğurları Azərbaycan Ordusunu dünyanın 50 ən güclülərindən birinə çevirdi. Ölkəmizin belə sürətli inkişafı dünya siyasətinə təsir edə biləcək bir sıra güclü dövlətləri təşvişə salıb. Əslində, güclü dövlətlər ədalətin, beynəlxalq hüququn yanında olmalıdırlar. Bu dəfə isə əksinə olub. Güclü dövlətlərin Azərbaycanın sürətli inkişafını həzm edə bilməməsi onları ədalətsizliyə, qeyri-obyektivliyə, beynəlxalq hüquq normalarının əleyhinə sürüklədi. ABŞ, Fransa, Almaniya, Avropa Parlamentinin, bəzi hallarda AŞPA-nın Azərbaycana qarşı qeyri-obyektivliyi bunun bariz nümunəsidir

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, əvvəlcə Fransanı irəli verdilər. Bu ölkənin Senatı və Milli Assambleyası, eləcə də bir sıra siyasi dairələri beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək azərbaycanofob, türkofob və islamofob fəaliyyətlərini, ədalətsiz addımlarını intensivləşdirdilər və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli, ədalətsiz mövqe sərgilədilər. Fransa prezidenti Emmanuel Makron Orta Asiya ölkələrinə səfərindən əliboş qayıtdıqdan sonra estafeti Avropa Parlamentinə ötürdü. Ardınca AŞPA qərəzli qətnamə qəbul etdi. Bütün bunların hamısı ikili standartların, Azərbaycanın sürətli inkişafını və tarixi Qələbəsini həzm edə bilməmənin nəticəsi idi. Halbuki, dünyanın əksər ölkələrinin rəhbərləri Azərbaycanın şanlı Zəfərini, həmçinin bir günlük antiterror tədbirini qəbul edir, hətta tarixi Qələbə münasibətilə Prezident İlham Əliyevə təbriklərini də çatdırdılar. Azərbaycan 44 günlük Vətən müharibəsindəki Qələbəsi və bir günlük antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur. Görünür 32 illik müstəqillik tarixi olan bir ölkənin sürətli inkişafı, hərbi qüdrəti güclüləri təşvişə salıb. Elə olmasaydı, məsələyə ABŞ qarışmazdı.

Siyasi şərhçi bildirib ki, insan hüquqları və demokratiya, həmçinin müstəqillik yoluna yeni qədəm qoymuş ölkələrə kömək etməklə bağlı dünyaya dərs keçən ABŞ da Azərbaycanın uğurlarını həzm edə bilmədi. Son illər öz daxilində olan haqsızlıqları, silahlı zorakılığı, insan hüquq və azadlıqları sahəsindəki ciddi pozuntuları “görməyən” ABŞ gənc müstəqil dövlətlərin gözündə “tük axtarmaqla” məşğuldur. Güclü, qüdrətli bir dövlətin riyakarlıq, ikili standartlar, irqi ayrı-seçkilik və bərabərsizlik mərəzinə tutulması bu ölkəni də ermənipərəst, hadisələrə qeyri-obyektiv yanaşan Fransa kimi dövlətlərin səviyyəsinə endirir. Yaxın günlərdə ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanat qəbul etməsi bu ölkənin haqq-ədalətdən uzaqlaşmasından, məsələlərə qeyri-obyektiv yanaşmasından xəbər verir. Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.

Siyasi şərhçi bir məsələni xatırladaraq deyib ki, 1992-ci ilin oktyabrında Azərbaycana qarışı Azadlığa Dəstək Aktı- 907- ci düzəliş qəbul olunur və həmin sənəddə göstərilir ki, Azərbaycana yardım olunmayacaq. ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etmişdir. Bununla da ABŞ hökumətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunmuşdur. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilmişdi. Həmin dövrdə ABŞ-ın təcavüzkar Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalına təkan vermişdir. Halbuki, ovaxtlar Ermənistan ölkəmizə qarşı ard-arası kəsilməyən terror aktları törədirdi. Elə həmin ilin fevralında dünyada analoqu olmayan Xocalı soyqırımı törədilir.

Ə.Bədəlov 2001-ci ilin sentyabrında Amerikada törədilən dəhşətli terror aktını xatırladaraq deyib ki, ölkəmizin ovaxtkı rəhbəri Ulu Öndər Heydər Əliyev dərhal bəyanat verdi və bildirdi ki, terrora qarşı mübarizədə biz ABŞ-ın yanındayıq. Çünki terrorun nə olduğunu Azərbaycan daha yaxşı bilirdi. Həmin vaxta qədər Ermənistan ərazimizdə onlarca dəhşətli terror aktları törətmişdi. Eyni zamanda, Azərbaycan öz hava məkanını ABŞ təyyarələri üçün açdı. Ancaq ABŞ Minsk qrupunun 30 ilə yaxın müddətdə həmsədri kimi hansı fəaliyyəti ilə yadda qaldı? Əlbəttə, işğalçı ölkənin müdafiəsi ilə. Üzdə isə ABŞ rəsmiləri həmişə deyirlər ki, Azərbaycan bizim strateji əməkdaşımızdır. Strateji əməkdaşa qarşı belə riyakarlıq etmək olarmı?

Siyasi şərhçi Azərbaycanın Türkiyə ilə Şuşa müqaviləsini imzalamasının həm Qərbin, həm də Avropanın bir sıra dairələrinin yuxusuna haram qatdığını deyib. Azərbaycanın 5 prinsipdən ibarət sülh müqaviləsi təklifinə əvvəlcə Ermənistan da razılıq vermişdi. Ancaq sonradan Fransa və Vaşinqtonun təsirləri ilə Ermənistan sülh müqaviləsinin imzalanmasından qaçdı. Azərbaycanın bir günlük antiterror tədbirindən sonra BMT missiyası iki dəfə Qarabağa səfər edib və hər dəfə də bəyanat verib ki, burada hər hansı bir etnik təmizləmədən söhbət gedə bilməz. Eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsi, ABŞ Dövlət Departamenti də öz bəyanatlarında etnik təmizləmədən söhbət gedə bilmədiyini bildiriblər. Təəssüf ki, “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etməklə ABŞ tərəfi Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi yenidən təkrarlayır. Azərbaycanın nə ABŞ-ın, nə də digər ölkələrin yardımına ehtiyacı var. İndi Azərbaycan özü iqtisadi cəhətdən zəif olan ölkələrə yardım edir.

“Xatırladım ki, bir neçə il əvvəl koronavirusun tüğyan etdiyi illərdə bu virusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım göstərmişdi. Ümumdünya Səhiyyə Təşkilatına isə 10 milyon dollar ianə etmişdir. Bununla yanaşı, Azərbaycan tərəfindən 5 ölkəyə peyvənd ianəsi olmuşdu. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi Azərbaycanın donor ölkəsinə çevrilməsindən xəbər verir. İşğaldan sonra Qarabağda aparılan genişmiqyaslı yenidənqurma, abadlıq-tikinti quraşdırma işlərinin aparılmasını yalnız Azərbaycan kimi iqtisadi qüdrətə malik ölkə edə bilər. Ona görə də Azərbaycanın ABŞ-ın yardımına ehtiyacı yoxdur”, - deyə Ə.Bədəlov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir