Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın ailə modeli ilə bağlı aktual məsələlər müzakirə olunub VİDEO

Sumqayıt, 15 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində 15 may - Beynəlxalq Ailə Gününə həsr edilən “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfrans keçirilib. Konfrans Sumqayıt Şəhər İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, görkəmli ziyalılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans dörd mövzu - “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr”, “Ailənin funksiyaları: iqtisadi faktorlar”, “Ailə məsələləri ilə bağlı mövcud qanunvericilik və təkmilləşmə perspektivləri”, “İnformasiya və ünsiyyət vasitələri üzərindən qloballaşma: təhlükəsizlik təhdidləri və ailəyə istiqamətlənmiş risklər” panel iclaslarında müzakirələrlə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin önündəki abidəsi ziyarət olunub, gül dəstələri düzülüb.

Daha sonra konfrans iştirakçıları və qonaqlar Sumqayıtda yaşayan müxtəlif millətləri təmsil edən ailələrin həyat tərzini, milli adət-ənənələrini əks etdirən fotostendlər və sərgi ilə tanış olublar.

Plenar iclas Mərkəzin akt zalında dövlət-ailə siyasətini əks etdirən filmin nümayişi ilə başlayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov konfrans iştirakçılarını və qonaqları salamlayaraq, Beynəlxalq Ailə Gününün planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltdiyini vurğulayıb. O, ölkəmizdə müstəqillik illərində formalaşan dövlət-ailə siyasətinin əsas prinsiplərinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Z.Fərəcov Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərdiklərini diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinin də ailə siyasəti təşkil etdiyini, komitə tərəfindən dövlət-ailə siyasətinin dəstəklənməsi istiqamətində mütəmadi tədbirlər keçirildiyini qeyd edib. Bu istiqamətdə 2008-ci ildən etibarən hər il may ayında BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə uyğun olaraq Beynəlxalq Ailə Günü münasibətilə tədbirlər reallaşdırılır.

Komitə sədri bildirib ki, konfransın keçirilməsində məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir.

Konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nin rezident nümayəndəsi Qulam İsakzai, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Milli Televiziya və Radio Şurası sədrinin müavini, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxış ediblər.

Sonra üç gənc cütlüyün nikah mərasimi keçirilib. Onlara Sumqayıt Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub. Həyat yoldaşı ilə birgə 47 il mehriban ailə həyatı sürən ağsaqqal Sovet Şükürov yeni ailə quran gənclərə xeyir-dua verib.

Tədbirdə bu il ali məktəbə qəbul zamanı 700 bal toplayan sumqayıtlı abituriyent Eldar Əfəndiyev də mükafatlandırılıb.

Sonda komitə ilə fəal əməkdaşlıq edən KİV nümayəndələri mükafatlandırılıb. Onların arasında AZƏRTAC-ın müxbiri Xanım Nağıyeva da var.

Tədbir musiqi proqramı ilə davam edib.

Azərbaycanın ailə modeli ilə bağlı aktual məsələlər müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistan Çabahar limanının idarəçiliyi üçün İranla razılığa gəlib

Avropa İttifaqı Gürcüstana qarşı sanksiyaları nəzərdən keçirmir

Dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün təlim keçiriləcək

Azərbaycanın gənc boksçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Alimlər herpes virusunun sinir sisteminə necə daxil olmasını araşdırıblar

Dünya Reytinqi: Azərbaycan cüdoçularının yeni mövqeyi bəlli olub

Azərbaycanda neft və palçıq vulkanizmi

Qəbələdə şəhid Məhəmməd Qarayevin xatirəsi anılıb

BDU-da Astana nümayəndələri ilə görüş keçirilib

Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir

Helsinkidə Ümummilli Liderin anadan olmasının 101 illiyi qeyd edilib

Müdafiə Nazirliyi hərbi hissələrdə müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci sinfə qəbul üzrə şagird yerləri tutulan məktəblərin adı açıqlanıb

Türk Dünyası Mediatorlar Birliyi Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlıq edəcək

Müasir texnika və texnologiyaların neft sənayesində tətbiqi istiqamətində müzakirələr aparılıb

Dövlət Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

Ersin Tatar: Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir

Kifayət qədər yuxu yatmamaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər

III Bakı Elm Olimpiadasının finalçıları Bakı Dövlət Universitetində

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Ölkəyə 61 kiloqram narkotik maddə gətirən Astara rayon sakinləri saxlanılıb VİDEO

Faktiki hava: Şahdağda qar yağır

Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib VİDEO

İmişlidə fərdi evdə baş verən yanğın qısa müddətdə söndürülüb

“Şahin” hərbi-idman oyunlarının zona birincilikləri yekunlaşıb

Toğrul Əsgərov: Mariya Stadnikin Parisdə yaxşı nəticə qazanması üçün əlimizdən gələni edəcəyik

Bu günədək 35 mindən çox tələbə təhsil krediti alıb

Kataloniyanın başçısı siyasətdən uzaqlaşmaq qərarına gəlib

Avropalı parlamentari: Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır

Şimal şəfəqinin təsiredici fotoları

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 32 məktəbli respublika olimpiadalarının qalibi olub

AQTA kərə və bitki yağları ilə bağlı ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib

ADY hərəkət tərkiblərini əhəmiyyətli dərəcədə yeniləyir MÜSAHİBƏ

AzMİU nəzdində liseyin şagirdləri buraxılış imtahanlarında yüksək nəticə əldə ediblər

Avropa Parlamentinin deputatına delimitasiya sahəsində görülən işlər barədə məlumat verilib

IV və VI siniflərdə monitorinq təşkil ediləcək fənlərin adları açıqlanıb

Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına yol verən şəxslər barədə cinayət işləri məhkəməyə göndərilib

“Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans işə başlayıb

30 ildən sonra nəşi tapılan şəhidlər Ağdamda torpağa tapşırılıb

“Qayalar üzərində tarix” - açıq dərs

İsmayıllıda südlük istiqamətli heyvandarlığın inkişafı üzrə güzəştli kredit verilib

Türkiyədə qarşıdakı 3 ildə dövlət qurumlarına yeni bina almaq və tikmək qadağan edilir

Kazan Forumu Rusiyanın İƏT ölkələri ilə əlaqələrinə həsr olunacaq

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu turunun oyun cədvəli açıqlanıb

Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb

Türkiyə Prezidenti Dünya İslam Alimlərinin Məşvərət Toplantısının iştirakçıları ilə görüşüb

Asiya Qadınlar Forumunda Azərbaycan cəmiyyətində qadınların rolu barədə məlumat verilib

Tədqiqat: Fasiləli oruc tutmaq qaraciyər xərçənginin qarşısını ala bilər

Ukrayna terror aktı hazırlayan Rusiya agentlərinin saxlanıldığını bildirib

Azərbaycanda quş qripinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

® Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qalıb

Azərbaycan samboçuları Avropa çempionatını 10 medalla başa vurublar

Türkiyədə dövlət müəssisələri üçün tətbiqi nəzərdə tutulan qənaət paketi açıqlanıb

Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasının banilərinin xatirəsini yad ediblər

® “AccessBank” regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada

Beynəlxalq qonaqlar “ASAN xidmət”in həyata keçirdiyi fəaliyyət barədə məlumatlandırılıb

BDU ilə Karlov Universiteti arasında biotexnoloji tədqiqatlar müzakirə edilib

Qərbi Azərbaycanda yeni türk əlifbasına keçid - Araşdırma

DİM: Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 143 nəfər uğur qazanıb

Aqrar Sığorta Fondunda Pambıq İstehsalçıları Assosiasiyası ilə görüş keçirilib

Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub

AFFA Gənclər Liqasında mövsümə yekun vurulub

Milli Məclisin Elm və təhsil komitəsinin iclası olub

Ötən il kibercinayətlər Almaniyaya 205,9 milyard avro zərər vurub

AzMİU-da keçiriləcək karyera sərgisində 80-dək dövlət və özəl müəssisə iştirak edəcək

Paytaxtın Nizami rayonunda ağacların kəsilməsi faktı təsdiqini tapıb

Qərbi Kanadada meşə yanğınları şiddətlənib

Şəki teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib VİDEO

İstehlak bazarında qiymətlər açıqlanıb

Azərbaycan Premyer Liqasında mükafatlandırma mərasiminin yeri və vaxtı bəlli olub

Kataloniyada müstəqillik tərəfdarları seçkilərdə məğlub olublar

Aslan Kərimov: Premyer Liqada 10 komandadansa, 12 klubun olması daha məntiqlidir

Prezident İlham Əliyev Millətlər Birliyi təşkilatının baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Qazaxıstan Ümumdünya Köçəri Oyunlarının proqramını ixtisar edib

Pakistan nümayəndə heyətinin Əfqanıstana səfəri ləğv olunub

Azərbaycan Basketbol Liqasında final oyunlarının təqvimi açıqlanıb

Otuz il öncə itkin düşən şəhid Siyavuş İsmayılovun nəşinin qalıqları İmişlidə torpağa tapşırılıb VİDEO

“Azərbaycanı tanıyaq, tanıdaq” - ümumməktəb festivalı

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlanıb

RAGB-nin VII Universiadası çərçivəsində minifutbol üzrə turnir keçirilib

Bu il Azərbaycanda 46 uşaq övladlığa verilib

Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib

“Qarabağın incisi Şuşa” kitabı Bosniya və Herseqovinada nəşr olunub

Bir sıra birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib SƏRƏNCAM

Sabahın hava proqnozu: Yağış yağacaq, dolu düşəcək

Ailə üzvlərini öldürməkdə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb

Azərbaycan I Liqasında ilk dəfə VAR sistemi tətbiq olunacaq

Bu ilin dörd ayında informasiya və rabitə sektoru üzrə gəlirlər 13 faiz artıb

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

Ağcabədi rayonunda Hərbi Prokurorluq və Müdafiə Nazirliyi birgə tədbir keçirib

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan qida təhlükəsizliyi sistemlərinin qarşılıqlı tanınması üçün Latviyaya müraciət edib

Misir nümayəndələri İsrail tərəfi ilə görüşləri ləğv edib

Azərbaycanda 21 milyard manatdan çox sənaye məhsulu istehsal edilib

ANAMA: Ötən həftə 358 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında ƏSASNAMƏ