Azərbaycanın amputant millisi Bakıda keçirilən Millətlər Liqasında sonuncu oyununa çıxıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bağlanış matçında Azərbaycan və Ukrayna komandaları üz-üzə gəlib.
"ASCO Arena"da təşkil olunan matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz daha əvvəl Belçikaya 3, Niderlanda 1 cavabsız qolla qalib gəlib, İsraillə qolsuz heç-heçə edib.
Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.