Azərbaycanın Birinci vitse-prezidenti: IV İslam Həmrəyliyi Oyunları tariximizdə növbəti qələbə kimi qalacaq
Bakı, 21 aprel, AZƏRTAC
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Bu da öz növbəsində IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini gücləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında bildirib.
“Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq”, - deyən Mehriban Əliyeva şəhərimizin Oyunların açılışına hazır olduğunu vurğulayıb.
Birinci vitse-prezident qeyd edib ki, bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [12:50]
Komitə sədri: Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil
- 29.10.2026 [10:21]
Bakıda Atatürkün abidəsi ziyarət olunub
- 28.10.2026 [18:50]