AZƏRBAYCANIN DÖVLƏT BAYRAQLARI MATƏM ƏLAMƏTİ OLARAQ ENDİRİLMİŞDİR
Bakı, 20 yanvar (AZƏRTAC). Qanlı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də kənd və qəsəbələrində dövlət bayraqları matəm əlaməti olaraq endirilmişdir.
Sovet qoşunlarının törətdiyi qanlı qırğından 20 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin dəhşətlərini unutmur, bu vəhşiliyin səbəbkarlarına öz dərin nifrətini bildirir və azadlıq aşiqlərinin - şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Xatırladaq ki, sovet qoşun birləşmələrinin hərbi təcavüzü nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda və respublikanın ayrı-ayrı regionlarında 147 əliyalın insan öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Hərbçilər tərəfindən 200 ev, 80 avtomaşın, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]




