Azərbaycanın ən sərrast oxatanları Bakıda müəyyənləşəcək
Bakı, 3 fevral, AZƏRTAC
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək.
Kamandan Oxatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışlarda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparacaq. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.
Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Çempionatın açılış mərasimi bir gün sonra təşkil olunacaq. Fevralın 7-də isə Bakı İdman Sarayında (Dənizkənarı Milli Park) qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.
Bu çempionat ölkənin ən sərrast oxatanlarını müəyyən etməklə yanaşı, həmçinin qədim ənənələri ilə diqqət çəkən bu idman növünün inkişafına təkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]