Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və tarixi ədalətin bərqərar olması - Məqalə

Bakı, 6 noyabr, AZƏRTAC

Tarixə nəzər salsaq, Qarabağın dağlıq hissəsində erməni əhalisinin sayının xeyli dərəcədə artırılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş verib. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (1813-cü il 12 oktyabr) və Türkmənçay (1828-ci il 10 fevral) müqavilələri kimi sənədlər də təsdiq edir.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzinin” rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və tarixi ədalətin bərqərar olması” sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycan torpaqlarına ermənilərin məqsədli şəkildə köçürülməsi

Bu faktları rus tədqiqatçısı N.N.Şavrov belə təsvir edir: “1826-1828-ci illər müharibəsi qurtardıqdan sonra biz iki il ərzində - 1828-ci ildən 1830-cu ilə qədər 40 min nəfərdən çox İran və 84 min Türkiyə ermənisi köçürüb, onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsıx, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200 min desyatindən çox xəzinə torpağı ayrılmış və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur - müəllif) və Göyçə gölünün sahillərində məskunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”.

Ermənilərin kütləvi şəkildə İrandan Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri - Marağalı, Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı və s. kəndlər salınmışdı. Marağa şəhərindən Qarabağın dağlıq hissəsinə köçürülərək orada məskunlaşan ermənilər özləri 1828-ci ildən 150 il sonra, yəni 1978-ci ildə sovet dövründə, Ağdərə rayonunda həmin köçürülmənin şərəfinə abidə ucaltmış (abidənin üzərində ermənicə “Marağa-150” sözləri yazılmışdı), lakin XX əsrin 80-ci illərinin sonunda, yəni Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldırdıqları zaman həmin abidəni özləri məqsədyönlü şəkildə dağıtmışlar. Bu fakt ermənilərin sonradan, təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçürülməsini bir daha təsdiq edir.

Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu diqqəti və himayədarlığı sonrakı illərdə də özünü göstərirdi. Belə ki, 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlanıldı. Bu köçürülmə prosesinin davamı olaraq, 1877-1879-cu illər Rusiya-Türkiyə müharibəsi illərində də Türkiyədən Cənubi Qafqaza daha 85 min erməni köçürülmüşdür.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi daha geniş vüsət aldı. Belə ki, təkcə 1896-cı ildən - 1908-ci ilə kimi, yəni 13 il ərzində bu regiona 400 min erməni köçürülmüşdü. Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyillər və onlar buraya bizim tərəfimizdən köçürülmüşlər”. Köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və bu da demoqrafik vəziyyətə müəyyən təsir göstərmişdir.

 

100 il əvvəl Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması,“Dağlıq Qarabağ” termininin ortaya çıxması

Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışanda demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.

Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyərək Ermənistanda sovet hakimiyyətinin elan edilməsindən dərhal sonra ermənilər Qarabağ məsələsini yenidən ortaya atdılar. Bununla da iki sovet respublikası arasında ixtilaflar artdığından 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. İyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: “Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin”. Ermənistan tarixçilərinin və rəhbərliyinin dediyi kimi, əgər Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibində olsaydı, qərarda “Azərbaycan SSR-in hüdudlarında saxlanılsın” əvəzinə, “Azərbaycan SSR-ə verilsin” yazılardı.

Sənədlər təsdiq edir ki, Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə məqsədli şəkildə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə, Azərbaycanın inzibati-ərazi bölgüsü kobudcasına pozulmuşdu . 1923-cü ildə qəbul edilən bir qərarla Azərbaycanın Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb məqsədli şəkildə DQMV yaradıldı. Muxtariyyətin yaradılması haqqında qəbul edilən sənəddə vilayət mərkəzinin Xankəndi olması göstərilsə də, az sonra 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ vilayət partiya komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilərək bolşevik maskası geyinmiş, 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımın rəhbəri olan S.Şaumyanın şərəfinə “Stepanakert” adlandırıldı. Bununla da, Qarabağda Azərbaycanın toponimlərinin - tarixi yerlərinin, mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli qoyuldu.

Bu hadisə, Azərbaycan tərkibində süni şəkildə DQMV-nin yaradılması təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də Ermənistanın Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olmuş və elə o vaxtdan da “Dağlıq Qarabağ” termini meydana çıxmışdır. Halbuki, keçmiş SSRİ məkanındakı digər respublikalarda Qarabağda yaşayan ermənilərdən daha çox erməni yaşayırdı. Bundan başqa, Ermənistanda tarixən yaşayan azərbaycanlıların sayının Qarabağ ermənilərindən bir neçə dəfə çox olmasına baxmayaraq, Azərbaycan onlar üçün Ermənistandan milli-dövlət qurumu yaradılmasını heç vaxt tələb etməmişdi.

Nəticədə, bu muxtariyyət statusu Qarabağın dağlıq hissəsində tarixən yaşamış azərbaycanlıların rəyi nəzərə alınmadan və onların hüquqları kobudcasına pozularaq həyata keçirilməklə yanaşı, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ məqsədli şəkildə aran və dağlıq hissələrinə bölünməklə, ermənilərin gələcək ərazi iddiaları üçün zəmin hazırlanmışdı.

Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyev Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsinin ölkəmizin digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu iddia edirdilər.

Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və Azərbaycanın digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Bu baxımdan, Ağdam-Xankəndi dəmiryolu çəkildi və 1979-cu il yanvarın 12-də həmin yol Ümummilli liderin iştirakı ilə istifadəyə verildi. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.

Bundan əlavə, Heydər Əliyevin göstərişi ilə Xankəndində Pedaqoji İnstitutun açılması və orada Azərbaycan bölməsinin yaradılması Qarabağda elmi-mədəni mühitin formalaşmasına, əhalinin ali təhsil almasına əlverişli şərait yaratmışdı. Ümummilli lider təkcə Yuxarı Qarabağın deyil, bütövlükdə Qarabağın inkişafına hər zaman diqqət yetirmiş və bu istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycanın Xankəndi şəhərinin tarixi

Xankəndi Azərbaycanın qədim yaşayış məskənidir. 1938-1939-cu illərdə Qarabağın Xankəndi ərazisində aparılan arxeoloji tədqiqatlar Eneolit və Tunc dövrünə aid kurqanlar aşkar edilmişdir. Azərbaycanın qədim yaşayış məskəni Xankəndi sovet dövründə inkişaf etmiş respublika tabeli şəhərlərindən birinə çevrilmişdi. Xankəndi şəhəri Bakı-Tbilisi dəmir yolunun Yevlax-Xankəndi qolunun son məntəqəsi, Yevlax-Laçın-Naxçıvan yolu kənarında, Qarqar çayı sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 kilometr məsafədə yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Xankəndi şəhərinin ərazisi 8 kvadrat kilometrdir. Xankəndi dəniz səviyyəsindən 830 metr yüksəklikdə yerləşir. 1979-cu il məlumatına görə Xankəndi şəhərinin ümumilikdə əhalisi 38 min 948 nəfər olub. 1991-ci ilə, yəni, işğala qədər Kərkicahan qəsəbəsində isə 2 min nəfərə yaxın azərbaycanlı əhalı yaşayıb.

Birinci Qarabağ müharibəsinin başlanğıcında - 1988-ci il sentyabr 18-dən 21-dək ermənilər tərəfindən Xankəndi şəhərində tarixən yaşamış azərbaycanlıların mənzillərinə basqınlar edilmiş, minlərlə ailənin evi yandırılmış və ya dağıdılmışdır. Zorakı deportasiya nəticəsində, şəhəri tərk etməyə məcbur edilmiş təxminən 16 mindən artıq (əslində 23 minə qədər) azərbaycanlı əhalinin xeyli hissəsi Şuşa, Ağdam və digər şəhərlərində məskunlaşmağa məcbur olmuşdur.

Bununla yanaşı, 1991-ci il dekabrın 28-da Ermənistan silahlı dəstələrinin ağır texnika ilə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə hücumu nəticəsində 34 nəfər həlak olmuş, 4 nəfər itkin düşmüş, 150 nəfərdən artıq dinc sakin yaralanmışdır. Nəticədə strateji əhəmiyyətli Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə Xankəndi şəhəri bütünlüklə zəbt olundu. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olmuşdur. Hazırda rəqəmləri dəqiqləşdirməyə daha çox ehtiyac var.

XX əsrin sonunda ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları başlayanda onların uydurduqlarının əksinə olaraq milli-mədəni hüquqları hər zaman qorunmuşdur. Yəni, sovet dövründə vilayətin əhalisi başdan-başa savadlı olmuş, 193 ümumtəhsil məktəbi, o cümlədən 147 erməni məktəbi fəaliyyət göstərirdi. Xankəndi Pedaqoji İnstitutunda dərslər Azərbaycan, rus və erməni dillərində keçirilirdi. Vilayətdəki 5 texnikumdan və 5 texniki-peşə təhsili məktəbindən 4-də dərslər erməni dilində keçirilirdi. Burada kitab fondu 1,5 milyon olan 196 kütləvi kitabxana, 202 klub, mədəniyyət evi, 195 kinoteatr və kinoqurğusu, M.Qorki adına Xankəndi şəhər dram teatrı, mahnı və rəqs ansamblı, erməni dilində nəşr olunan “Sovet Qarabağı” qəzeti (rus dilində dublyajı nəşr olunan “Sovetskiy Karabax”), 5 rayon qəzeti (4-ü erməni dilində, 1-i Azərbaycan dilində) var idi. Vilayətdə 2,5 saat yayımlanan radio verilişlərindən 2 saatdan çoxu erməni dilində idi.

Xankəndi sovet dövründə, yəni, XX əsrin 80-cı illərinin sonuna kimi Azərbaycanın inkişaf etmiş sənaye kompleksinə, nəqliyyata, təkmilləşdirilmiş infrastruktura malik şəhərlərindəndir. Xankəndidəki pedaqoji institutla yanaşı, müəllimləri təkmilləşdirmə institutu, kənd təsərrüfatı texnikumu, tibb, 2 musiqi, orta, texniki peşə, uşaq incəsənət məktəbləri, texniki məktəb, tarix-diyarşünaslıq muzeyi, dram teatrı, konsert zalları, Azərbaycan Yazıçılar İttifaqının Qarabağ fılialı, kitabxanaları, mədəniyyət sarayı, idman meydançası, istirahət parkı, istirahət evi, mahnı və rəqs ansamblı, satış, ictimai-iaşə müəssisələri və digər mədəni-məişət obyektləri stadionu fəaliyyət göstərmişdir. Xankəndidə yerli radio verilişləri studiyası fəaliyyət göstərirdi.

Sovet hakimiyyəti illərində Xankəndidə yeni sənaye mərkəzləri yaradıldı. Burada həm yüngül sənaye, həm də yeyinti sənayesi inkişaf edirdi. Xankəndi sənaye müəssisələri bölgənin ümumi sənaye məhsullarının 60 faizini verirdi. Qarabağ İpək Kombinatı, Xankəndi ayaqqabı fabriki, tikiş fabriki, xalça emalatxanası, şərab zavodları, süd və ət kombinatları, kirəmit, kərpic, əhəng zavodları, taxta-şalban, inşaat materialları, kəsici alətlər zavodları, yağ zavodu, elektrik avadanlıqları istehsalı zavodu, avtomobil təmiri və asfalt-beton zavodları, sənaye, istehsalat və tədris istehsalat kombinatları, elektrik şəbəkəsi və digər obyektlər Xankəndidə yaradılmış sənaye sahələri idi.

Xankəndidə yuxarıda adı çəkilən sənaye müəssisələrinin xammal mənbələri Qarabağ ərazisindəki tükənməz xammal ehtiyatları hesabına ödənilirdi. Belə ki, Xankəndi ipək istehsalına görə Azərbaycanda ikinci mərkəz hesab olunurdu. Respublikada ipəkçilik sənayesi məhsullarının təxminən 25 faizi Xankəndinin payına düşürdü. Eyni zamanda, sovet dövründə respublikada istehsal olunan ayaqqabının beşdəbiri Xankəndi ayaqqabı fabrikində istehsal olunurdu. Xankəndi Süd Kombinatında respublikamızda quru süd zərdabı hazırlayan yeganə sex işləyirdi.

İkinci Qarabağ müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpası, suverenliyinin bərqərar olması

Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə son 20 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını tamamilə dağıtdı. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”. Hər zaman, xüsusilə, Münxen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs Bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl - 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq