Azərbaycanın “Eurovision - 2011” mahnı müsabiqəsindəki parlaq qələbəsi qardaş Türkiyədə böyük sevinclə qarşılanmışdır
Ankara, 16 may (AZƏRTAC). Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camalın Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision - 2011“ mahnı müsabiqəsində qazandıqları parlaq qələbə qardaş Türkiyədə böyük sevinclə qarşılanmışdır.
Gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutması və qaliblərin əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandırmaları bütün televiziya kanalları və informasiya agentliklərinin ən mühüm xəbəri kimi təqdim olunmuşdur. Bu qələbə, eyni zamanda, Türkiyənin də zəfəri kimi dəyərləndirilmişdir.
“Hürriyət”, “Vətən”, “Milliyət” və digər nüfuzlu qəzetlərin internet saytlarında Azərbaycan gənclərinin qələbə anını əks etdirən videoçarxlar yerləşdirilmişdir. Qəzetlərin birinci səhifələrindəki xəbərlər “”Eurovision”da qardaş təsəllisi”, “Finala çıxa bilmədik, amma qazandıq”, “Eurovision”da zəfər qardaş Azərbaycanın oldu” kimi başlıqlarla verilmişdir.
Xəbərlərdə vurğulanmışdır ki, Türkiyə ictimaiyyəti qardaş ölkənin qələbəsini öz uğuru kimi qiymətləndirir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]