Azərbaycanın kişi voleybolçuları türkmənistanlı rəqiblərini hər üç setdə məğlub ediblər
Bakı, 17 may, G.Mahmudlu, A.İsmayılova, P.Rəhimova, AZƏRTAC
Mayın 17-də “Bakı Crystall Hall”da kişilər arasında voleybol yarışının “A” qrupunda yer alan Azərbaycan millisi qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə üstün oyun nümayiş etdirən milli komandamız hər üç setdə qalib gəlib - 25:21, 25:22 və 25:22.