Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN MƏDƏNİ İRSİ AVROPA ŞURASININ DİQQƏTİNDƏDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, Elm və Təhsil Komitəsinə daxil olan Mədəni İrs alt komitəsinin yığıncağı keçirilmişdir.

Toplantıda müzakirə olunmuş bir sıra digər mühüm məsələlərlə yanaşı, Azərbaycan üçün xüsusi maraq kəsb edən “Cənubi Qafqazda mədəniyyətin vəziyyəti”nə dair məruzə ilə əlaqədar fikir mübadilələri aparılmışdır.

Bu məsələ üzrə məruzəçi Böyük Britaniyadan olan deputat Edvard O‘Harra çıxış edərək Azərbaycan, Gürcüstan və Ermənistana edəcəyi tədqiqat xarakterli səfərlə bağlı bəzi mülahizələrini bölüşmüşdür.

Müzakirələrdə alt komitənin üzvləri Luis Maria de Puç (İspaniya), Əndrü Makintoş (Böyük Britaniya), Jak Lejandr (Fransa) və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış etmişlər.

Komitədə müzakirələr zamanı bu səfərin təxirə salınması ilə bağlı narahatlıq ifadə edilmişdir. 2006-cı ildə E.O‘Harranın rəhbərlik etdiyi missiyanın səfəri planlaşdırılsa da, bu günə qədər səfər baş tutmamış və alt komitə ən qısa zamanda bu səfərin gerçəkləşdirilməsi ilə bağlı konkret addımlar atılmasının zəruriyyətini ifadə etmişdir.

Müzakirələrdə çıxış etmiş deputat Rafael Hüseynov demişdir: Hazırda Avropa Şurasında Cənubi Qafqazdakı mədəniyyətin vəziyyəti ilə əlaqədar araşdırmalar aparmaq üçün iki missiyanın səfəri nəzərdə tutulur. Onlardan biri Avropa Şurasının baş katibi Terri Devisin təşəbbüsü ilə yaradılan faktaraşdırıcı missiya, ikincisi isə Cənubi Qafqazda mədəni irslə bağlı məruzəçi E.O‘Harranın həyata keçirəcəyi tədqiqat səciyyəli səfərdir.

Azərbaycan hər iki səfərin baş tutmasında maraqlıdır. Çünki hələ 2001-ci ilin may ayında Azərbaycanın işğal altındakı ərazilərində mədəni irsin ermənilər tərəfindən dağıdılması və qəsb edilməsi ilə əlaqədar ayrıca sənəd hazırlanmış, sonradan dəfələrlə bu problem həm komitənin iclaslarında, həm assambleyanın açıq toplantılarında qaldırılmışdır. Ölkəmizin işğal altında olan 20 faiz ərazisində ermənilər dünya və ölkə əhəmiyyətli, eləcə də, yerli dəyər daşıyan on minlərlə mədəniyyət abidəsini dağıtmış və yaxud qəsb etmişlər.

Lakin Azərbaycanın mədəni irsinə qarşı ermənilərin apardığı təcavüz siyasəti, dağıdıcı xətt yalnız Dağlıq Qarabağ və onun hüdudlarından kənarda işğal olunmuş yeddi rayonda həyata keçirilməmişdir. Ermənistan ərazisində də tarixən Azərbaycana məxsus olan yüzlərlə abidə məhv edilmişdir. Ona görə də bütün bu faktların araşdırılması üçün Avropa Şurasının müxtəlif səviyyəli missiyalarının regiona gəlişində ölkəmiz maraqlıdır.

Cənab E.O‘Harra səfərin baş tutmaması ilə bağlı narahatlığını ifadə etsə də, məsələnin qoyuluşunda özü müəyyən səhvlərə yol verir. O, ermənilərin süni təşəbbüsləri, fakta deyil, uydurmalara əsaslanan səyləri nəticəsində alt komitənin gündəliyinə gətirilmiş, guya Naxçıvanda erməni abidələrinin dağıdılması məsələsini səhv istiqamətdə işıqlandırır. Məsələ bundadır ki, o, regiona səfəri zamanı Naxçıvandakı “erməni abidələri”ni, Dağlıq Qarabağdakı Azərbaycan abidələrini tədqiq etmək şəklində ortaya qoyur. Halbuki Dağlıq Qarabağ da, Naxçıvan da Azərbaycanın ərazisidir. Odur ki, bunları iki müxtəlif məsələlər kimi ortaya qoymaq olmaz. Digər tərəfdən E.O‘Harra Dağlıq Qarabağdan müstəqil tərəf kimi danışarkən ciddi səhvə yol verir, Azərbaycanın siyasi nüfuzuna təsir göstərən və narazılıq doğuran fikirlər söyləyir.

İş ondadır ki, hələ alt komitənin ötən toplantısında Fransadan olan deputat Jak Lejandr da bu məsələni məruzəçinin diqqətinə səhv çatdırmışdır. Ona görə də, bu son dərəcə həssas məsələdə hər bir ifadəni işlədərkən diqqətli olmaq, yanlışlıq və narazılıq doğuran məqamların yer almasına imkan verməmək lazımdır. Naxçıvan ərazisində “erməni abidələri” fikrinin özü təməlindən yanlış bir məsələdir. Məsələ ondadır ki, islamdan öncə Azərbaycan ərazisində bir çox inanclarla yanaşı, xristianlıq geniş yer almış və ölkəmizin müxtəlif yerlərində xristianlığın müxtəlif abidələri olmuşdur.

Azərbaycana qarşı işğal siyasətini total şəkildə həyata keçirən ermənilər bir sıra digər mədəni irs nümunələri ilə bərabər, həmin dövrün qəbir daşlarını, qədim kilsələri və başqa tarixi abidələri də erməniləşdirmək istiqamətində iş aparırlar. Naxçıvandakı alban abidələrini mənimsəmək cəhdi də ermənilərin bu istiqamətdə apardığı işlərin nəticəsidir.

Ermənilərin Azərbaycanın Avropa Şurasında artan nüfuzuna qarşı təxribatlar törətmək cəhdinin növbəti ifadəsi də elə alt komitədə guya cənab E.O‘Harranın səfərlərinin təxirə salınmasının Azərbaycan tərəfindən törədilməsi haqqında yanlış fikir ortaya qoymaqdır.

Azərbaycan Ermənistandan fərqli olaraq, hər zaman bu səfərlərin həyata keçirilməsinin tərəfdarıdır. Biz həm Terri Devisin geniştərkibli faktaraşdırıcı missiyasının, həm də E.O‘Harranın tədqiqat səciyyəli qrupunun səfərinin lap tezliklə həyata keçirilməsinin marağındayıq. Lakin bunun gerçəkləşməsi üçün müəyyən problemlərin həll edilməsi lazımdır. Zənnimcə, AŞPA-nın yanvar ayında keçiriləcək qış sessiyasında nümayəndə heyətlərinin - Azərbaycan, Gürcüstan və Ermənistan parlamentarlarının, eləcə də, Avropa Şurasının baş katibinin təmsilçilərinin və Cənubi Qafqaz ölkələrinin Strasburqdakı daimi nümayəndələrinin iştirakı ilə bu məsələ yenidən müzakirə edilməli və səfərin vaxtı ilə əlaqədar konkret müddət müəyyənləşdirilməlidir.

Alt komitədə müzakirələrdə Avropa Şurası baş katibinin təmsilçisi də iştirak etmiş, Terri Devisin faktaraşdırıcı missiyasının regiona səfəri ilə əlaqədar son məlumatları nəzərə çatdırmışdır. O bildirmişdir ki, 2005-ci ildən ortada olan ideyanı gerçəkləşdirmək üçün baş katibin bilavasitə təşəbbüsü ilə ayrıca işçi qrupu yaradılmışdır. Bu qrup Cənubi Qafqazda mədəni irsin araşdırılması ilə bağlı müəyyən tədbirlər planı hazırlamışdır. Lakin 2006-cı ilin may ayından əvvəl planlaşdırılsa da, müəyyən texniki səbəblərdən bu səfər baş tutmamışdır. Ona görə də yeni ildə müştərək bir toplantının keçirilməsi və səfərin vaxtı ilə əlaqədar qənaətlərin dəqiqləşdirilməsi ətrafında Avropa Şurasının baş katibliyində fikir mübadilələri aparılmaqdadır.

Alt komitənin yeni seçilmiş sədri litvalı deputat Emanuel Zingeris toplantıdan üç həftə əvvəl Ermənistan parlamentinin spikeri T.Torosyanla görüşdüyünü və onun E.O‘Harranı istənilən vaxt qəbul etməyə hazır olduqlarını diqqətə çəkərkən, deputat R.Hüseynov bunu erməni tərəfinin növbəti boş vədi oduğunu, səfərin konkretləşəcəyi təqdirdə Ermənistanın bir bəhanə ilə bunun qarşısını almağa cəhd göstərəcəyini bildirmişdir.

R.Hüseynov əlavə etmişdir ki, belə söyləməyə əsas verən erməni tərəfinin E.O‘Harranın tədqiqat xarakterli səfəri ilə əlaqədar dəfələrlə süni manelər yaratmasıdır. Çünki məruzəçiyə Ermənistan ərazisində azərbaycanlıların tarixən yaratdığı mədəni irs nümunələrinin siyahısı təqdim edilmişdir. Bunların hamısı ermənilər tərəfindən tamamilə dağıdılmış və yaxud özününküləşdirilmişdir.

Müzakirələrədə britaniyalı deputat azərbaycanlı deputatın mövqeyini müdafiə etmiş və bildirmişdir ki, noyabr ayının son günlərində o, Bakıda mətbuat üzrə alt komitənin keçirdiyi çox böyük bir konfransda iştirak edərkən, Dağlıq Qarabağ problemi üzrə alt komitənin sədri lord Rassel Constonla söhbət aparmışdır.

Söhbət əsnasında R.Conston hər iki missiyanın Cənubi Qafqaz ölkələrinə səfərlərinin vaxtı ilə bağlı mülahizələrini söyləmiş və bildirmişdir ki, bu istiqamətdə konkret addımlar mart ayından tez atıla bilməz.

İspaniya və Fransadan olan deputatlar Luis Maria de Puç və Jak Lejandr da bu səfərin vaxtı ilə bağlı müzakirələrin davam etdirilməsinin zəruriliyini söyləmişdir.

Komitənin yığıncağında R.Hüseynovun təklif etdiyi kimi, məsələlərin AŞPA-nın qış sessiyasında bir daha müzakirə edilməsi qərara alınmış və müzakirələrdən sonra bu səfərin həyata keçirilməsi ilə bağlı müəyyən konkret tədbirlərin görülməsi zəruriyyəti vurğulanmış, yeni hazırladığı sənədlə əlaqədar alt komitənin üzvləri ilə müzakirələr aparmış və onlardan bir neçəsi artıq bu sənədi imzalamışdır. Yeni sənəd “Azərbaycanın mədəni irsinə qarşı Ermənistandan yeni təhlükələr” adlanır. Bu sənəddə Ermənistanın son aylarda atəşkəs rejimini intensiv şəkildə pozması və bunu münaqişə bölgəsindən xeyli aralıqda yerləşən Qazax və Tovuz rayonları ətrafında həyata keçirməsi və həmin ərazilərdə yerləşən bir sıra mədəni irs nümunələrinin də elə bu atəşkəs pozmaları zamanı məhv olması ilə bağlı məsələ qaldırmışdır.

Sənəddə göstərilir ki, Ermənistanın bu addımları ona sübutdur ki, onlar yalnız Dağlıq Qarabağ və onun ətrafında işğal altındakı yeddi rayonda olan, Naxçıvanda yerləşən mədəni irs nümunələrinə qarşı deyil, bütövlükdə Azərbaycanın ərazisində olan mədəni sərvətlərin hamısına qarşı total şəkildə erməniləşdirmək, qəsb etmək və dağıtmaq xəttini yüyürtməkdədirlər.

Sənəddə Avropa Şurası ermənilərin Azərbaycanın mədəni irsinə yönəlmiş total hücumlarına qarşı konkret tədbirlər görmək üçün qəti addımlar atmağa çağırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib