AZƏRBAYCANIN PARALİMPİYAÇI CÜDOÇULARI FRANSAYA HAZIRLAŞIRLAR
Azərbaycanın paralimpiyaçı cüdoçulardan ibarət yığma komandası təlim-məşq toplanışı keçmək məqsədi ilə aprelin 12-də Fransanın Bromma şəhərinə yola düşəcəklər.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 19-dək baş məşqçi Əhməddin Rəcəbli və məşqçi Tərlan Poladovun rəhbərliyi ilə xüsusi proqram əsasında keçiriləcək toplanışlar 13-cü Pekin Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Artıq iki dəfə Quba Olimpiya İdman Kompleksində hazırlıq keçmiş Azərbaycan cüdoçuları may ayından Paralimpiya Oyunlarınadək daha üç təlim-məşq toplanışında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]