Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin edilməsi üçün mühit formalaşdırır

Azərbaycanın qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin edilməsi üçün mühit formalaşdırır

İyirmi illik fəaliyyəti dövründə Ombudsman institutu insan hüquqlarının müdafiəsi sahəsində ciddi dönüş yaradıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar fonunda sürətlə qloballaşmaqda olan müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Buna görə də insanları və cəmiyyətləri birləşdirən, onları daha da humanistləşdirən ən əsas meyar hesab olunan insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması çox mühüm əhəmiyyət kəsb edir. Bəşəriyyətin bütün inkişafı dövründə demokratik və humanist ideyalara əsaslanan qanunların qəbul edilməsi, dövlətlə vətəndaş arasında mənəvi körpü rolunu oynayan müxtəlif demokratik təsisatların yaradılması insan hüquqlarının və azadlıqlarının müdafiəsinə yönəldilib. İnsan hüquq və azadlıqlarının müdafiəsinin vəziyyətini ölkədəki sosial mühit və cəmiyyətdəki sabitliyin səviyyəsi müəyyən edir. Ona görə də sosial-iqtisadi və ictimai-siyasi problemlərin həlli, ilk növbədə, ölkədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dayanıqlı inkişafı ilə bağlıdır.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu üzvü olaraq ümumbəşəri dəyərlərə əsaslanmaqla demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində mümkün olub. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Azərbaycan qısa tarixi dövrdə hərtərəfli, ardıcıl, sistemli islahatlar nəticəsində iqtisadi, sosial, mədəni sahələrdə, habelə xalqımızın layiqli həyat səviyyəsi, rifahının yüksəlməsi ilə yanaşı, insan hüquq və azadlıqlarının təmin edilməsində də böyük uğurlar əldə edib. Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər, o cümlədən BMT-nin Mülki və siyasi hüquqlar haqqında, habelə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq paktları da diqqəti məhz buna yönəldir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiya sonrakı dövrlərdə referendumlar nəticəsində daha da təkmilləşib, insan hüquqlarının səmərəli təmininə zəmin yaradıb.

Avropa Şurasına üzv olduqdan sonra - 2001-ci il dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi və belə bir hüquqi əhəmiyyətə malik təsisatın yaradılması qabaqcıl dövlətlərdə tətbiq edilən səmərəli institutların ölkəmizdə fəaliyyət göstərməsinə şərait yaradıb, insan hüquqları sahəsində dönüş nöqtəsi olub. Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ümummilli lider Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulub. Bunlarla yanaşı, Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilib.

Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixi yeganə ölkə olaraq müstəqil respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar günlə əlaqədar hər il 18 may - 18 iyun tarixlərində ölkəmizdə ənənəvi olaraq “İnsan hüquqları aylığı” keçirilir.

Azərbaycanda Ombudsman təsisatının yaradılması ulu öndər Heydər Əliyevin, bu təsisatın inkişafı isə Prezident İlham Əliyevin adları ilə bağlıdır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində duran əsas amillərdən biri də məhz dövlətimizin ali məqsədi olan insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edən normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı hüquqi islahatların davam etdirilməsidir. İnsan hüquqlarının təmininə dəstək haqqında danışarkən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən hər zaman həssas əhali qruplarının hüquqlarının diqqətdə saxlanılması, yerli və beynəlxalq səviyyədə əhəmiyyətli layihələrin icrası və humanist addımlar atılmasının rolu da xüsusi vurğulanmalıdır. Bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar. Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin edən çox mükəmməl qanunvericilik bazasının yaradılması ölkədə belə əlverişli mühitin formalaşmasına imkan verir. Azərbaycanın qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin edilməsini gerçəkləşdirən mühit formalaşdırır. Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirir. Bu gün ölkəmizdə aparılan məqsədyönlü sosial siyasət nəticəsində insanların maddi rifah halı yüksəlib, hüquq və azadlıqların qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Azərbaycan, eyni zamanda, 30 il bundan əvvəl BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Azərbaycan hökuməti konvensiyadan irəli gələrək uşaqların ibtidai təhsil almaları, ölüm hallarının azaldılması və erkən nikahların qarşısının alınması istiqamətində işlər görüb. Azərbaycan hökuməti və parlamenti birgə fəaliyyətlə həssas ailələrdəki uşaqlara xüsusi diqqət yetirir. Bununla yanaşı, Azərbaycan hökuməti qadınların və uşaqların müdafiəsi sahəsində güclü hüquqi baza yaradıb.

Əlbəttə, hər bir dövlətin gücü həm də onun intellektual potensialının daşıyıcılarından və səfərbəredici vasitələrindən olan media institutunun səmərəli və məqsədyönlü fəaliyyətindən asılıdır. Bu kontekstdə Azərbaycan nümunəsi bir sıra spesifik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Ölkə mətbuatının real vəziyyətinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan mediasının milli maraqlara, müasir trendlərə və qlobal çağırışlara müvafiq fəaliyyətinin təmin olunması strateji hədəf kimi müəyyənləşdirilib. Elə bu məqsədlər istiqamətində və milli məsələlər ətrafında səfərbər olunmuş Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas faktor dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsidir. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoyub. Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqləyib.

Müstəqillik dövründə Azərbaycanda dövlətimizin humanist siyasəti nəticəsində 68 Əfv sərəncamı imzalanıb, 12 Amnistiya Aktının qəbul olunub. Bütün bunlar ölkəmizdə humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın bariz nümunəsidir. Nəticə etibarilə, bu sənədlər çoxsaylı insanların cəzasının çəkilməmiş hissəsinin azalmasına, yaxud da cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşmasına imkan verib. Ombudsman təsisatın fəaliyyəti dövründə isə ümumilikdə Müvəkkilin vəsatətləri üzrə 805 məhkum, o cümlədən yetkinlik yaşına çatmayanlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər və digər məhkumlar əfv ediliblər.

Ölkədə pozulmuş insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində 20 illik iş təcrübəsi olan müstəqil Ombudsman institutu bu müddət ərzində həm mövcud sahədə ciddi dönüş yaradıb, həm də təsisatın inkişafına, əhali arasında nüfuz qazanmasına, dövlət və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təşviq edib, bununla da insan hüquqlarının inkişafı üçün münbit zəmin yaradıb. Həyata keçirilmiş hüquqi islahatlar nəticəsində ötən 20 il ərzində Ombudsmanın Aparatının və regional mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mütərəqqi addımlar atılıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının, habelə beynəlxalq müqavilələrdə təsbit olunmuş fundamental insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulması faktlarının dünya ictimaiyyətinə çatdırılması daim Ombudsmanın diqqət mərkəzində saxlanılan məsələlərdən olub. 20 Yanvar, Xocalı soyqırımı və 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün ildönümləri ilə əlaqədar Ombudsmanın beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatları ilə yanaşı, Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə etiraz bəyanatı, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, “İnsan hüquqları” və “Uşaq hüquqları” aylıqlarının elan olunması ilə bağlı, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair müxtəlif bəyanat və müraciətləri olub. Ombudsman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat xarakterli hücumuna, həmçinin bununla bağlı dinc aksiyalarda iştirak etmiş xaricdə yaşayan soydaşlarımıza qarşı zorakılıq faktlarına dair bəyanatlar verib, həyata keçirilmiş faktaraşdırıcı missiya barədə hesabat yayımlayıb.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribat cəhdindən sonra 44 gün davam edən müharibə dövründə Ombudsman ölkəmizə qarşı müharibə cinayətlərinin və terror hücumlarının hədəfi olmuş ərazilərdə ümumilikdə 6 faktaraşdırıcı missiya həyata keçirib. Həmin səfərlərə dair məlumatlar mütəmadi olaraq informasiya resursları vasitəsilə yayımlanıb, hadisə yerində Ombudsmanın bir çox teleradio kanallarına müsahibələri olub. Faktaraşdırıcı missiyalar əsasında hazırlanmış və tərcümə edilmiş hesabatlar rəsmi internet səhifəsində, KİV-də və təsisatın sosial şəbəkə hesablarında yayımlanmaqla ictimaiyyətin diqqətinə çatdırılıb. Həmin dövrdə mülki əhaliyə qarşı Naftalan, Tərtər, Gəncə və Bərdə şəhərlərində qadağan olunmuş silahlardan istifadə etməklə törədilmiş hücumlar, Mingəçevir SES və Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin hədəfə alınması, Tərtər qəbiristanlığının artilleriya atəşi nəticəsində dağıdılması, işğal olunmuş ərazilərdə törədilən ekoloji terror faktları, o cümlədən Şuşa meşələrinin yandırılması, eyni zamanda, Kimyəvi Müharibə Qurbanlarının Anım Günü ilə bağlı Ombudsmanın bəyanatı, müraciəti və açıqlamaları yayımlanıb. Bunlarla yanaşı, Ermənistan tərəfindən törədilmiş terror aktları və müharibə cinayətləri, dinc əhali arasında tələfat və mülki infrastrukturun dağıdılması barədə faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Ombudsmanın Azərbaycan və ingilis dilində videomüraciətləri olub.

Həmin müraciətlərdə Ermənistan silahlı qüvvələri tərəfindən əsirlərə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlara hüquqi qiymətin verilməsi məqsədilə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, onlara qarşı yol verilən qanunsuzluqlara son qoyulması, beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, əsirlərin Azərbaycana qaytarılması, o cümlədən Ermənistanın hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib.

Əminliklə demək olar ki, ölkəmizdə məhkəmədənkənar insan hüquqlarının müdafiəsi orqanı kimi, Ombudsman təsisatı bundan sonra da hər bir kəsin hüquqlarının və layiqli həyatının təmin olunmasına, Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət etməklə yeni nailiyyətlər əldə ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq