Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın rəqəmsal inkişafı: qərarvermə sürəti yeni rəqabət üstünlüyüdür

Azərbaycanın rəqəmsal inkişafı: qərarvermə sürəti yeni rəqabət üstünlüyüdür

Bakı, 6 iyul, AZƏRTAC

Dünya yeni rəqabət mərhələsinə qədəm qoyur. Artıq dövlətlərin üstünlüyü yalnız iqtisadi resursları, maliyyə imkanları və ya texnoloji infrastrukturu ilə deyil, məlumat əsasında nə qədər operativ və düzgün qərarlar qəbul edə bilmələri ilə müəyyən olunur. Rəqəmsal texnologiyalar bu prosesin əsas alətinə çevrilsə də, onların real dəyəri məhz idarəetmənin keyfiyyətini dəyişmək gücündədir. Bu baxımdan Azərbaycanda Rəqəmsal İnkişaf Şurasının yaradılması ölkənin rəqəmsal transformasiya strategiyasında yeni mərhələnin başlandığını göstərən mühüm institusional qərar kimi diqqəti cəlb edir.

Bu fikirlər Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Yaşar Məmmədovun Azərbaycanda Rəqəmsal İnkişaf Şurası və ölkənin rəqəmsal transformasiya strategiyasına dair AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb. Məqaləni təqdim edirik.

Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirilib ki, 40 dövlət qurumu ilə rəqəmsal yol xəritələri hazırlanıb, onların 13-ü artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Milli Məlumat Hövzəsinin formalaşdırılması, dövlət informasiya sistemlərinin hökumət buluduna köçürülməsi və yeni data mərkəzinin tikintisi davam edən işlər sırasındadır. “Mygov” platformasının istifadəçi sayının son üç ayda 2,7 milyondan 3,5 milyona çatması isə rəqəmsal xidmətlərə tələbatın nə qədər sürətlə artdığını göstərir.

Niyə bu addım strateji əhəmiyyət daşıyır

Bu qərarı sadəcə növbəti “rəqəmsallaşma tədbiri” kimi qiymətləndirmək səthi yanaşma olardı. Burada əsas məqam institusional arxitekturadır: Azərbaycan ilk dəfə olaraq rəqəmsal transformasiyanı ayrı-ayrı nazirliklərin təşəbbüsü səviyyəsindən çıxarıb, ölkənin ən yüksək icra səviyyəsində əlaqələndirilən vahid dövlət siyasəti statusuna qaldırıb. Şuranın yaradılması “texnologiya” məsələsini “idarəetmə” məsələsinə çevirir ki, bu da uzunmüddətli perspektivdə daha həlledicidir.

Strateji əhəmiyyət: məlumatdan qərara gedən yol

İctimai maliyyə və rəqəmsal maliyyə sahələrində araşdırmalarımın təcrübəsindən çıxış edərək deyə bilərik ki, bu addımın əhəmiyyəti təkcə texnoloji müstəvidə deyil, məhz “dövlət maliyyəsinin idarə edilməsi keyfiyyətində” özünü göstərəcək. Hazırda bir çox dövlət qurumu arasında məlumat mübadiləsinin qeyri-sinxron olması, eyni göstəricinin fərqli mənbələrdə fərqli rəqəmlərlə əks olunması - bu, təkcə statistik səhv deyil, institusional əlaqələndirmə boşluğunun nəticəsidir. Milli Məlumat Hövzəsi və hökumət buludu kimi infrastrukturların formalaşması, əgər maliyyə və statistika qurumlarını da əhatə edərsə, məhz bu boşluğu aradan qaldıra bilər.

Beynəlxalq təcrübədən nümunələr

Bu sahədə formalaşan qlobal təcrübə üç fərqli modelin mövcud olduğunu göstərir: Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) - 2017-ci ildə dünyada ilk Milli Süni İntellekt Strategiyasını qəbul edən və bu sahə üzrə ayrıca nazir postu yaradan ölkə olub. 2023-cü ildə təsdiqlənən “AI Strategiya 2031” çərçivəsində dövlət qurumlarında süni intellekt alətlərinin istifadə səviyyəsi rekord həddə - 97 faizə çatıb. BƏƏ, həmçinin öz suveren böyük dil modelini (K2 Think) yaradaraq xarici platformalardan asılılığı azaltmağa çalışır - bu, Azərbaycanın “idxal edən deyil, yaradan mühəndis” hədəfi ilə birbaşa səsləşən yanaşmadır.

Sinqapur - fərqli, “əvvəlcə etimad, sonra miqyas” modelini seçib: rəqəmsal transformasiyaya başlamazdan əvvəl tənzimləyici baza, kadr hazırlığı və hesabatlılıq mexanizmləri qurulub, yalnız bundan sonra geniş tətbiqə keçilib. Nəticədə ölkə əmək fəaliyyəti yaşında olan əhalinin təxminən 60 faizdən çoxunun süni intellekt alətlərindən istifadə etdiyi qlobal liderlərdən birinə çevrilib.

Estoniya “X-Road” adlanan mərkəzləşdirilmiş məlumat mübadiləsi infrastrukturu sayəsində dövlət qurumları arasında məlumatın real vaxt rejimində paylaşılmasına nail olub. Bu infrastruktur üzərində qurulan “Bürokratt” adlı süni intellekt köməkçisi vətəndaş xidmətlərini avtomatlaşdırıb, hətta “robot hakim” təşəbbüsü kimi mübahisəli addımlar da müzakirə olunub və yekun qərarın insan nəzarətində qalması prinsipi qorunub.

Bu üç nümunənin ortaq dərsi bundan ibarətdir: uğurlu rəqəmsal transformasiya nə sırf texnologiya idxalı, nə də sırf tənzimləmə ilə məhdudlaşır - infrastruktur, institusional əlaqələndirmə və insan kapitalı paralel inkişaf etdirilməlidir.

Dövlət siyasətinin əsas istiqamətləri

Bu sahədə qəbul edilmiş sənədlərin - “Rəqəmsal İnkişaf Konsepsiyası”, “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” və 2026–2028-ci illər üçün Fəaliyyət Planının - məzmunu göstərir ki, bu sahədə dövlət siyasəti təsadüfi tədbirlər toplusu deyil, aydın məntiqi ardıcıllığa əsaslanan kompleks yanaşmadır. Bunun əsas istiqamətlərini və hər birinin arxasında duran zərurəti aşağıdakı kimi ümumiləşdirmək olar:

Maliyyə və statistika qurumları arasında məlumat inteqrasiyası. “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması və Milli Məlumat Hövzəsinin formalaşdırılması bu istiqamətin əsas alətləridir. Bu addımın zəruriliyi ondan irəli gəlir ki, büdcə planlaşdırılması və maliyyə sabitliyinin monitorinqi qurumlar arasında məlumatın sürətli və dəqiq dövriyyəsindən asılıdır - məlumat pərakəndə qaldıqca qərarvermə də ləngiyir və dəqiqliyini itirir.

İnnovasiya ekosisteminin maliyyə dayanıqlığı və kadr potensialı. Startaplara investisiya qoyan yerli fondları maliyyələşdirəcək mərkəzi bir investisiya mexanizminin yaradılması, vençur kapitalının və kraudfandinqin hüquqi bazasının formalaşdırılması bu istiqamətin konkret alətləridir. Bunun məntiqi aydındır: “idxal edən deyil, yaradan” iqtisadi modelə keçid yalnız infrastrukturla deyil, bu infrastrukturu işlədəcək kapital və kadr potensialının paralel formalaşması ilə mümkündür. Kapitalsız innovasiya ideyaları kommersiyalaşa bilmir, kadrsız isə hətta hazır infrastruktur da səmərəsiz qalır.

Hüquqi bazanın infrastrukturla paralel formalaşdırılması. Rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu və kibertəhlükəsizlik anlayışlarının qanunvericilikdə ilk dəfə dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulub. Bunun zəruriliyi beynəlxalq təcrübədən irəli gəlir - hüquqi tənzimləmə infrastrukturdan geri qaldıqda, məlumatın təhlükəsizliyi, məsuliyyət bölgüsü və vətəndaş hüquqlarının qorunması sahəsində boşluqlar yaranır ki, bu da sistemə etimadı zəiflədir.

İnsan nəzarətinin prinsipial olaraq qorunması. Dövlət xidmətlərinin proaktiv rejimə keçirilməsi (məsələn, doğum faktına görə ödənişin avtomatik həyata keçirilməsi) göstərir ki, avtomatlaşdırma artıq gündəlik inzibati proseslərə nüfuz edir. Eyni zamanda, bu tip həssas sahələrdə insan nəzarətinin tam aradan qaldırılmaması prinsipi qorunur - bu, həm sistemə ictimai etimadın formalaşması, həm də mümkün sui-istifadə hallarının qarşısının alınması baxımından əsaslıdır.

Nəticələrin ölçülə bilən göstəricilərlə qiymətləndirilməsi. Fəaliyyət Planının 58 təşəbbüsü formal icra faizi ilə deyil, məhz dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə mövqenin yüksəlməsi və rəqəmsal sektorun ÜDM-dəki payının artması kimi nəticə göstəriciləri ilə qiymətləndirilməsi nəzərdə tutulub.

Bu beş istiqamətin məcmusu göstərir ki, dövlətin rəqəmsal siyasəti ardıcıl və çoxqatlı struktura malikdir: infrastruktur, maliyyə, hüquqi baza, etik-institusional çərçivə və qiymətləndirmə mexanizmi paralel şəkildə inkişaf etdirilir. Bu, dünya təcrübəsində uğurlu sayılan modellərin (BƏƏ, Sinqapur, Estoniya) ortaq cəhəti ilə üst-üstə düşür və Azərbaycanın bu sahədə seçdiyi yolun beynəlxalq qəbul olunmuş prinsiplərə uyğunluğunu göstərir.

Rəqəmsal İnkişaf Şurasının yaradılması Azərbaycanın rəqəmsal transformasiya siyasətində keyfiyyət dəyişikliyinə işarədir - məsələ artıq “texnologiyanı əldə etmək” deyil, “məlumatdan doğru və sürətli qərar çıxarma qabiliyyətini” institusional şəkildə qurmaqdır. Bu, xüsusilə idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət maliyyəsinin səmərəli idarə edilməsi, büdcə şəffaflığı və maliyyə sabitliyinin təmin edilməsi baxımından həlledici əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO