Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi onlayn-müzakirələr silsiləsini davam etdirir
Moskva, 16 may, AZƏRTAC
Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi “Russian Business Guide” jurnalı ilə birgə onlayn-müzakirələr silsiləsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, mayın 21-də “Bitkiçilik və heyvandarlıqda innovasiyalar. Azərbaycan və Rusiyanın əməkdaşlığı” mövzusunda onlayn-dəyirmi masa təşkil olunacaq. Tədbir çərçivəsində aqrosənaye kompleksi sahəsində uğurlu sərmayə layihələrinin icrası üçün şərait yaradılması məsələləri müzakirə olunacaq, innovasiyalı işləmələr sferasında hər iki ölkənin təcrübə mübadiləsi nəzərdən keçiriləcək.
Qeyd edək ki, bu qəbildən olan ilk tədbir aprelin 30-da təşkil olunub. “Rusiya-Azərbaycan logistikası” mövzusunda aparılan diskussiya çərçivəsində Azərbaycanın ixracat yüklərinin Rusiyaya daşınmasına pandemiyanın təsiri, Azərbaycan məhsullarının Rusiyanın regional bazarlarına çıxarılmasına logistika dəstəyi kimi məsələlər müzakirə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]