AZƏRBAYCANIN SƏRBƏST GÜLƏŞ YIĞMASI OLİMPİADADA BÜTÜN ÇƏKİ DƏRƏCƏLƏRİNDƏ QÜVVƏLƏRİNİ SINAYACAQLAR
AZƏRTAC xəbər verir ki, avqustun 19-da Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start veriləcəkdir.
Üç gün davam edəcək yarışda pəhləvanlar 7 çəki dərəcəsində birincilik uğrunda qüvvələrini sınayacaqlar. Yarışın ilk günündə 55 və 60 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar qarşılaşacaqlar. Həmin çəkilərdə yer alan Azərbaycan pəhləvanlarının rəqibləri müəyyənləşmişdir.
Səkkizdəbir final mərhələsində mübarizəyə başlayacaq idmançımız Namiq Sevdimovun (55 kq) rəqibi Kyonq İl Yanq (KXDR) olacaqdır. Onaltıdabir final mərhələsində döşək üzərinə çıxacaq Zəlimxan Hüseynov (60 kq) isə ilk görüşünü rusiyalı Mavlet Batırova qarşı keçirəcəkdir.
Xatırladaq ki, Olimpiadada Azərbaycanın sərbəst güləşçiləri bütün çəki dərəcələrində təmsil olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]