Azərbaycanın xarici işlər naziri Vyanaya yola düşmüşdür
Bakı, 5 may (AZƏRTAC). Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya yola düşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi mayın 5-6-da Vyanada keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak etməkdir.
Sessiyada Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçəcəkdir.
Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışları və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]