AZƏRBAYCANLA ÇİN ARASINDA ƏMƏKDAŞLIQDA SANBALLI NƏTİCƏLƏR ƏLDƏ EDİLMİŞDİR
Səfir demişdir ki, Azərbaycan dövləti başçısının səfəri və tərəflərin mühüm sənədlər imzalaması siyasət, ticarət-iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin hüquqi bazasını daha da genişləndirmişdir.
Yaşar Əliyev xatırlatmışdır ki, 2005-ci ildə Azərbaycanla Çin arasında əmtəə dövriyyəsinin ümumi həcmi ən yüksək səviyyəyə - 268,4 milyon dollara çatmışdır ki, bu da 2004-cü illə müqayisədə 40 faiz çoxdur. Ötən il tərəflər əməkdaşlıq haqqında 20-dən artıq protokol imzalamışlar və onların əksəriyyəti artıq həyata keçirilmişdir.
Diplomat bildirmişdir ki, hazırda Çinin “Çanyan” avtomobilqayırma şirkəti ilə Azərbaycan arasında ölkəmizdə müxtəlif modelli avtomobillərin yığılması və ehtiyat hissələrin istehsalı üzrə müəssisə yaradılması barədə danışıqlar başa çatmaqdadır. Səfir energetika sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə toxunaraq xatırlatmışdır ki, Çin şirkətləri Azərbaycanın neft sektoruna ümumən 350 milyon dollar məbləğində sərmayə qoymuşlar.
Yaşar Əliyev demişdir: “Çinli tərəfdaşlar köhnə neft yataqlarını daha səmərəli işlətmək üçün öz xidmətlərini və yeni texnologiyalar təklif etmişlər. Çin neftçiləri azərbaycanlı tərəfdaşları ilə məhsul bölgüsü prinsipi əsasında qarşılıqlı fəaliyyət göstərirlər.