Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 318 milyon dolları ötüb
Kiyev, 15 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 318 milyon dolları keçib.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 4 ayda Azərbaycan bu ölkəyə 171,8 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 146,2 milyon dollar olub.
Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]