Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanlı deputatlar Meksika ştatlarının yerli konqreslərində görüşlər keçiriblər

Bakı, 29 noyabr, AZƏRTAC

Milli Məclisin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu Meksikaya işgüzar səfərləri çərçivəsində həmin ölkənin Hidalqo ştatının konqresini ziyarət edib, konqresin inzibati binası və “Qanunvercilik Muzeyi” ilə tanış olub, o cümlədən yerli qanunverici orqanın üzvləri ilə görüş keçiriblər.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, konqresin prezidenti Xesus Leines görüşdə Milli Məclisin deputatlarını Hidalqoda görməkdən çox məmnun olduqlarını və bu səfərin iki ölkə arasındakı parlamentlərarası əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyinə əminliyini bildirib.

Meksika Konqresinin senatoru Navor Roxas çıxışında Azərbaycanın illər boyu işğala və soyqırımına məruz qalan tərəf olduğunu, nəhayət üç il öncə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdiyini vurğulayıb. Senator Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb, işğaldan azad edilmiş ərazilərdə Ermənistan quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, qısa müddət ərzində əldə edilmiş heyrətamiz nəticələrin şahidi olduğunu bildirib.

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri J.Əliyeva iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkül tapdığını, eləcə də parlamentlər səviyyəsində fəal əməkdaşlığın mövcud olduğunu qeyd edib, müasir dövrdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının getdikcə artan roluna toxunub. Azərbaycanlı deputat qadın və uşaqların sosial müdafiəsinin və təminatının gücləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən proqramlar haqqında ətraflı məlumat verib.

E.Mirbəşiroğlu bildirib ki, otuz il ərzində əraziləri işğala məruz qalsa da, şəhər və kəndləri dağıdılsa da, məhz Azərbaycan münaqişə başa çatandan sonra Ermənistana sülh əlini uzadıb, sülh masasına oturmağı təklif edib. Azərbaycanın Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyi halda, guya ermənilərin bu ərazilərdən qovulması ilə bağlı fikirlərin əsassız və qəbuledilməz olduğu vurğulanıb, Meksika tərəfinin ölkəmizə qarşı aparılan bu qarayaxma kampaniyasında Azərbaycanın, haqq-ədalətin yanında yer alacağına ümidvar olduğumuz bildirilib.

Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov çıxışı zamanı Azərbaycanın zəngin dövlətçilik tarixinə nəzər salıb, dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının müasir tariximizdə şanlı səhifə olaraq yer aldığını bildirib. M.Talıbov regionda cərəyan edən son hadisələr barədə ətraflı məlumat verib və Meksikanın bu hadisələrə adekvat və konstruktiv yanaşma nümayiş etdirməsini müsbət hal kimi qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin uğurla inkişafının məmnunluq doğurduğunu qeyd edib, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinin bir çox sahələrdə əməkdaşlıq imkanlarımızı artırdığını diqqətə çatdırıb.

Eyni zamanda, Milli Məclisin nümayəndə heyəti Xalisko ştatının konqresində olub, konqres binası ilə tanışlıqdan sonra yerli qanunverici orqanın nümayəndələri ilə görüşüb, iki ölkə arasında mövcud olan əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından parlament diplomatiyasının, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Hər iki ştatda keçirilmiş görüşlərdə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Hər iki səfər ölkə mediasında geniş işıqlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağırlığım, uğurluğum tökülsün suyun üstünə - Bu gün Novruzun ilk çərşənbəsidir

Şabranda silah-sursat tapılıb

Kubada Xocalı soyqırımının 32-ci ildönümü anılıb

Çin bu il “Long March 12” daşıyıcı raketini orbitə çıxaracaq

Həddindən artıq D vitamini qəbul etmək zərərlidir

İqor Korotçenko: Bu gün Azərbaycan bütün işğalçılardan tamamilə azaddır

Zükerberq qarışıq reallıq qarniturunun işlənib hazırlanmasını “LG” rəhbəri ilə müzakirə edəcək

Nayrobidə BMT-nin İqlim sammiti öz işinə başlayıb

Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Havanın çirklənməsinin qarşısı alınarsa, insan ömrü 2 il arta bilər

Polşalı fermerlər Ukrayna ilə sərhəd keçidindəki yolun qarşısına mismar səpələyiblər

Səfir: Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və nifrət siyasətinin nəticəsidir

Türkiyənin Rumıniyadakı səfiri: Dünya ictimaiyyəti Xocalı soyqırımına səssiz qaldı

Çin bu il orbitə rekord sayda kosmik gəmi göndərəcək

NAYORA Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib

Kolumbiyanın aparıcı telekanalında Xocalı soyqırımı ilə bağlı geniş süjet yayımlanıb

Moldovalı deputat: Xocalıda mülki şəxslərə silahlı hücum bəşəriyyətin qəlbində əbədi yara buraxıb

Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib

Naxçıvanda kütləvi tuberkulin test sınaqları аparılır

Türkiyə Superliqası: "Qalatasaray" yenidən liderliyə yüksəlib

Azərbaycan İtaliya və Xorvatiyaya neft tədarükü üzrə liderdir

Aktauda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Praqada Xocalı faciəsinə həsr olunan anım mərasimi keçirilib

Gəncədə ata və qızı bıçaqlanıb

Qisas qiyamətə qalmadı

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

İsveç saytında Xocalı soyqırımı haqqında məqalə dərc edilib

Fələstin Prezidenti hökumətin istefasını qəbul edib

Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçib - YENİLƏNİB

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımından bəhs edən məqaləsi dərc olunub

“The Manila Tines” qəzeti Xocalı soyqırımından yazır

Muğam Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb    YENİLƏNİB - 4 VİDEO

Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı Azərbaycan tarixində unudulmayan bir faciədir

Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Rektor: Xocalı soyqırımı qurbanlarının qanlarının töküldüyü doğma torpaqlarımızda bu gün üçrəngli bayrağımız dalğalanır

İtalyan ekspert: Xocalıda qanlı cinayət törədənlər ədalət qarşısında cavab verməlidirlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi region gəncləri tərəfindən anılıb

Macar-Turan Vəqfinin illik toplantısı keçirilib

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Belqraddakı seminarda Xocalı həqiqətlərindən danışılıb

Macarıstan Milli Assambleyası AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib

Naxçıvanda Xocalı faciəsinə həsr olunan elmi konfrans keçirilib

Əlcəzairdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Borçalı” Kommersiya Bankının ləğv prosesi yekunlaşıb

Səfir: Xocalı soyqırımı 3-cü Reyxin “Lebensraum” siyasətinin erməni versiyasıdır

İtalyan senator: Beynəlxalq hüquq və ədalət naminə Xocalı soyqırımının yad olunması vacibdir

Xocalı soyqırımı qurbanlarının xatirəsi Stokholmda da anılıb

Qazaxda soyqırımı qurbanları yad edilib

Neftçalada Xocalı faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb

Xocalı soyqırımına həsr olunmuş tədbir: “Kədər küləkləri”

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

İtaliyalı professor: Belə cinayətlərin yenidən yaşanmaması üçün Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməlidir

Parisdə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb VİDEO

Bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdır – Əlyazmalar İnstitutunda tədbir

Xocalı faciəsi qurbanlarının xatirəsi Yevlaxda dərin hüznlə anılıb

Gəncədə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib

Rəsədxanada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Şamaxıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan səfiri Bosniya və Herseqovina mətbuatına Xocalı həqiqətlərindən danışıb

Azərbaycan sement klinkerinin ixracını artıracaq

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımına dair videoçarx yayımlanır

Coğrafiya İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

İtaliyalı senator: Xocalı soyqırımına görə məsuliyyət daşıyanların cəzalandırılması xalqlar arasında barışıq üçün əsasdır

Xocalıda soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib VİDEO

MEK-də kitabxanaçılar üçün beşgünlük təlimlərə start verilib

Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qanlı cinayətdir

Qərb bölgəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Pedaqoji Universitetdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Su arxının kənarından silah-sursat tapılıb

“Yeni tarixi mərhələ-yeni milli ideologiya” mövzusunda dəyirmi masa təşkil edilib

Bu il 3 mindən çox şəxs Memorial Soyqırımı Muzeyini ziyarət edib – AÇIQLAMA

Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı

“Xocalı faciəsi tələbələrin gözü ilə” – sərgi

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır

Azərbaycan xalqı Xocalı soyqırımının mənəvi ağrısını qəlbində daşıyır

Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Qoyun qumbaranı partladım, hamımız ölək, amma əsir düşməyək – Xocalı faciəsinin şahidi danışır

UNEC-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

İspaniyalı məşqçi: Seçmə mərhələdəki qələbə Azərbaycan basketbolunun inkişafı üçün böyük təkan olacaq

Sosial sahə üzrə e-xidmətlərə yanvar ayında 254 min müraciət qeydə alınıb

Rəsədxana: Geomaqnit sahəsinin qeyri-sabit səviyyələrdə olması proqnozlaşdırılır

1992-ci il fevralın 25-dən 26-na keçən gecə insanlığın, mərhəmətin, vicdanın öldüyü tarixdir...

Laçında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Paytaxt məktəblərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

ADA Universitetinin Fondu Xocalı soyqırımında həlak olan 63 uşağın xatirəsini əbədiləşdirmək üçün 63 ağac əkib

Folklor İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

“Everton” komandasının 4 xalı geri qaytarılıb

Ər-Riyadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Şamil Sabiroğlu: Xocalı şəhərinin düşməndən azad olunması və bayrağımızın orada ucaldılması bütün xocalılıları qürurlandırıb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qazaxıstanlı nazirlə görüşüb

DSX-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Polimer Materialları İnstitutunda Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Yaponiya millisinin bombardiri karyerasını başa vuracağını açıqlayıb

Şəkidə məskunlaşan Xocalı sakinləri doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər