Azərbaycanlı sumoçular Ər-Riyadda ümumdünya etno festivalında yarışacaqlar
Bakı, 1 mart, AZƏRTAC
Sumoçularımız martın 7-dən 20-dək Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçiriləcək ümumdünya etno festivalında iştirak edəcəklər.
Azərbaycan Sumo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılacaq.
Təmsilçilərimiz mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparacaqlar. İdmançılarımız Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanovun rəhbərliyi ilə turnirdə iştirak edəcəklər. Asif Səfərbəyov, Camal Feyziyev və Zaur Bağırov baş məşqçi Samir Abdullayevin rəhbərliyi ilə meydana çıxacaqlar.
Görüşlərin idarə olunmasında ölkəmizi Məmmədvəli Mustafayev, Rəsul Həsənov və Fikrət Məlikov təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]