“AZƏRDƏMİRYOLBANK” ASC YENİ DEPOZİT MƏHSULLARINI TƏKLİF EDİR
AZƏRTAC xəbər verir ki, “Azərdəmiryolbank” Açıq Səhmdar Cəmiyyəti pərakəndə xidmətlər çeşidini genişləndirmək məqsədilə əhaliyə dörd yeni depozit məhsulu təqdim etməyə başlamışdır.
“Standart” depoziti üzrə illik 18,75 faiz, “Ehtiyat” depoziti üzrə 16 faiz, “Sərbəst” depoziti üzrə 18 faiz, “Rahat” depozitinin şərtlərinə görə isə illik 14,5 faiz gəlir əldə etmək olar.
“Azərdəmiryolbank”ın müddətli əmanətlərinin məbləği cari il iyulun 1-nə 39 milyon manat təşkil etmişdir.