“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
Bakı, 28 yanvar, AZƏRTAC
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Yaponiyanın “TEPSCO” dövlət şirkətinin Mərkəzi Asiya üzrə direktoru Noriaki Taketaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Bakıda inşa edilən “Şimal-2” elektrik stansiyası layihəsinin meneceri Sato Mitsuyuki və “TEPSCO” şirkətinin biznesin inkişafı üzrə meneceri Yaşuşi Şinoqinin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.
Görüşdə “Azərenerji” ilə “TEPSCO” əməkdaşlığının 25 ilinin tamam olması mövzusu xüsusilə vurğulanıb və B.Rzayev N.Taketaniyə təşəkkürnamə təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]