“Azərenerji”: Pandemiya dövründə ölkədə enerji təchizatı 100 faiz təmin olunub
Bakı, 11 iyun, AZƏRTAC
24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanıqlı və keyfiyyətli enerji təminatı üçün bütün lazımi addımları atır.
ASC-dən AZƏRTAC-a bildirilib ki, pandemiya elan edilən gündən bəri istər qaydalar yumşaldılanda, istərsə də sərt karantin elan olunan günlərdə elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya, yüksək gərginlikli elektrik xətlərində və bununla da enerji təchizatında heç bir problem yaranmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun olaraq sərt karantin günlərində də işləməsi vacib sayılan qurum olaraq “Azərenerji”nin əksər əməkdaşları iş başında olublar. Üstəlik bu müddət ərzində pandemiyanın hökm sürdüyü qonşu ölkələrə də enerji ixracı lazımi səviyyədə həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]