“AZERFON” ERMƏNİ OPERATORUNUN YAYDIĞI YALAN MƏLUMATIN DÜZƏLDİLMƏSİNƏ NAİL OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Azerfon” MMC (Nar Moblie ticarət nişanı) mobil rabitə operatorları haqqında məlumatları əks etdirən www.gsmworld.com internet saytında erməni operatorunun yaydığı yalan məlumatın düzəldilməsinə nail olmuşdur.
“Azerfon”-nun GSMworld təşkilatının ABŞ və Böyük Britaniyada yerləşən ofislərinə rəsmi şikayət məktubu göndərməsindən sonra erməni operatorunun “Azerfon”la saxta rouminq haqqında məlumatı saytdan çıxarılmışdır.