“AzerGold” 2023-cü ildə 3 dizaynda qızıl və gümüş sikkələr istehsal edib
Bakı, 31 yanvar, AZƏRTAC
2023-cü ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli məhsulların pərakəndə satış bazarında da fəaliyyətini uğurla davam etdirib.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, məqsəd zərgərlik bazarının inkişafını diqqətdə saxlamaqla yanaşı, sikkə nümunələrinin ehtiva etdiyi milli-mədəni, tarixi-mənəvi dəyərləri təbliğ etməkdir. Belə ki, ötən il Səhmdar Cəmiyyət ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə ilk dəfə olaraq müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında “100 il və onun fövqündə bir irs” adlı limitli sayda unikal qızıl sikkənin istehsalını və təqdimatını həyata keçirib. “Smartminting” texnologiyası ilə 999,9 əyarlı qızıl sikkəyə 3 ölçülü relyef verilib.
Bundan başqa, Ağqoyunlu dövlətinin hökmdarı, Azərbaycan çoxəsrlik dövlətçiliyi tarixində xüsusi yeri olan Uzun Həsənin 600 illiyi münasibətilə qızıl sikkə istehsal edilib. Eyni zamanda, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA-nın 25 illiyi münasibətilə gümüş sikkə hazırlanaraq geniş ictimaiyyətə təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]