“Azəriqaz”ın əməkdaşları Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
Bakı, 3 may, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbər şəxsləri və 10 gənc mütəxəssisinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri və əmək fəaliyyətində seçilən qurumun 10 gənc mütəxəssisi dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinə ekskursiya edib.
Ekskursiya zamanı bələdçilər tərəfindən gənc mütəxəssislərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumat verilib, Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Sonda Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərə baxış keçirilib.