AZERONLİNE PORTALINDA YENİ SƏHİFƏLƏR
Populyar Azeronline portalından istifadə edənlər üçün internetdə yeni səhifələr açılmışdır. Hər bir şəxs http:/motoworld.azeronline.com səhifəsini açaraq, avtomobil aləminin yenilikləri ilə tanış ola, xoşladığı oyunu oynaya, öz maşınının satışı haqqında pulsuz elan yerləşdirə bilər. İş tapmaq arzusunda olanlar hhttp:/jobs.azeronline.com səhifəsinə müraciət etməlidirlər. Həmin səhifədə daha yüksək etimad reytinqinə malik olan işədüzəltmə agentliklərindəki boş iş yerləri göstərilir. Səyahət həvəskarları http://travel.azeronline.com Azərbaycanda istirahət məsələləri ilə bağlı hərtərəfli məlumat ala, habelə səhifəsində təyyarələrin uçuş cədvəli ilə tanış ola bilərlər.