İDMAN
“AZƏRREYL”İN ÇEMPİONLAR LİQASINDA NÖVBƏTİ QƏLƏBƏSİ
Meydança sahibləri ilk dəqiqələrdən təşəbbüsə yiyələnərək, hesabda irəli çıxdılar. Onlar birinci və ikinci texniki fasilələrədək böyük üstünlüyə malik oldular və hissəni öz xeyrinə başa çatdırdılar – 25:13. İkinci və üçüncü hissələrdə də vəziyyət dəyişmədi və onlar da “Azərreyl”in aşkar üstünlüyü ilə keçərək, 25:16 və 25:18 hesabı ilə başa çatdı. Beləliklə, Azərbaycan voleybolçuları 3:0 hesabı ilə qələbə qazandılar.
Fevralın 4-də “Azərreyl” İspaniyanın “Otel Kantur” klubu ilə görüşəcəkdir. Xatırladaq ki, idmançılarımız birinci görüşdə meydança sahiblərini məğlubiyyətə uğratmışdılar – 3:0. Çempionlar liqasının növbəti mərhələsinə çıxmaq üçün voleybolçularımıza ispaniyalılarla oyunda cəmi bir hissədə qalib gəlmək kifayətdir.