ELM VƏ TƏHSİL
AzMİU-nun basketbolçu qızları arasında qalib müəyyənləşib
![](/files/galleryphoto/2023/2/1200x630/16848376252032732821_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16848376254116324957_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16848376254631663946_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684837625306535742_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16848376256012552624_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684837625500738709_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684837625699759121_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq 3x3 tələbə qızlar arasında basketbol üzrə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) birinciliyi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə İdman Kompleksində gərgin mübarizə şəraitində keçirilən birincilikdə qızlardan ibarət 4 komanda yarışıb. Yarışda Memarlıq fakültəsinin 2 komandası (Memarlıq 1, Memarlıq 2), İnşaat 1 və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsindən 1 komanda qatılıb.
Yarımfinalda Memarlıq 1 komandası Memarlıq 2 komandası ilə üz-üzə gəlib. Finalda Memarlıq 1 və İnşaat fakültəsi qarşılaşıb. Yekunda Memarlıq 1 komandası turnirin qalibi olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İnşaat fakültəsi II , Memarlıq 2 komandası III yerləri bölüşüb.
Qaliblər diplom və kuboklarla mükafatlandırılıb.