“AZTELEKOM”DA ŞƏHİDLƏRİN XATİRƏSİ ANILMIŞDIR
Bakı, 19 yanvar (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində 20 Yanvar qırğını ilə bağlı anım mərasimi keçirilmişdir.
Əvvəlcə bu qanlı faciə ilə əlaqədar sənədli kadrlar nümayiş etdirilmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Birliyin baş direktoru Məhəmməd Məmmədov yanvar hadisələrinin ağır nəticələrindən danışmışdır. Bildirmişdir ki, sovet hakimiyyəti bu cinayətlə Ermənistan separatçılarına dəstək vermiş, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü baş vermişdir. Sovet hərbi birləşmələrinin misli görünməmiş qəddarlığı bu yolda şəhidlər verən xalqımızı öz iradəsindən döndərə bilməmişdir.
M.Məmmədov tariximizin faciəli, həm də qəhrəmanlıq səhifəsinə çevrilmiş Qanlı Yanvar hadisələrinin mahiyyətini açıqlamış, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu qırğına siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırmışdır.
Mərasimdə vurğulanmışdır ki, xalqımıza zaman-zaman üz vermiş faciələri unutmağa mənəvi haqqımız yoxdur və qəhrəmanlıq örnəyi olan 20 Yanvar hadisələri millətimizin qan yaddaşına əbədi həkk olunmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]