Badmintonçumuz Keniyada keçirilən beynəlxalq turnirdə 3-cü yeri tutub
Bakı, 3 mart, AZƏRTAC
Badmintonçumuz Ezmi Qovimuramadhoni Keniyanın paytaxtı Nairobi şəhərində keçirilən "Future" seriyalı "Kenya International 2019" turnirində çıxış edib.
AZƏRTAC Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, yarışın reytinq favoritlərindən sayılan Ezmi onaltıdabir finalda Əlcəzair badmintonçusu Sifeddin Larbaouiyə 2:0 (21-11, 21-13) hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə hindistanlı Saçin Çandra Şekara üzərində 2:0 (21-13,21-13) hesablı qələbə qazanıb. Səkkizdəbir finalda badmintonçumuz Nigeriya idmançısı Qodvin Olofuanı da 2:0 (21-13, 21-17) hesabı ilə məğlub edib.
Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Ezmi Qovimuramadhoni ikidəbir finalda Hindistan təmsilçisi Aman Farog Sanjaya 0:2 (15:21, 16:21) hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]