“Bakı-2017”: Stolüstü tennis üzrə Azərbaycanın kişi komandası yarımfinala vəsiqə qazanıb
Bakı, 20 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilərin komanda yarışında dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət yığmamızın rəqibi Fələstin millisi oyuna çıxmadığı üçün komandamıza 3:0 hesabı ilə texniki qələbə verilib.
Digər görüşlərdə də 3:0 hesabı qeydə alınıb. Səudiyyə Ərəbistanı yığması Pakistana, Türkiyə milli isə Qayana komandasına qalib gələrək yarımfinala keçiblər.
İran millisi isə mübarizəyə birbaşa yarımfinal mərhələsindən qoşulacaq.
Yarımfinal görüşləri mayın 21-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]