BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4906 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanan əqdlərin həcmi 698 min ABŞ dolları olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,22 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4905,78 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 817 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4906 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 1 milyon 515 min ABŞ dolları təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 7,432 milyarddır. Bir əqdə, orta hesabla, 137 727 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də AVR/AZM TOM aləti üzrə 1 AVR üçün 5938,50 manat məzənnəsi ilə, ümumən, 50 min AVR məbləğində əqd bağlanmışdır.
EHBS-də banklar RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,333 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Birjada sentyabrın 7-də kredit alətləri üzrə əqdlər bağlanmamışdır.