BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4905,90 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanan əqdlərin həcmi 51 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 1,90 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4904,00 manat təşkil etmişdir.
EHBS-də USD/AZM T+0 aləti üzrə 2 milyon 732 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4901,60 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 2 milyon 783 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 13 milyard 641 milyondur. Bir əqdə, orta hesabla, 309 222 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,330 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Sentyabrın 8-də birjada kredit alətləri üzrə əqdlər bağlanmamışdır.