BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8725 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 21 037 110 AZN olmuşdur. Sessiyanın yekunlarına görə manatın dollara nisbətdə məzənnəsi 0,0005 bənd düşərək, 0,8729 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 3 533 785 AZN-ə bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8725 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 28 150 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 24 570 895 AZN təşkil edir. Bir əqdə orta hesabla 4 021 429 dollar düşmüşdür.
AUR/AZN T+0 aləti üzrə 22 272 AZN-ə bərabər əqd qeydə alınmışdır. 1 AUR üçün orta hesablanmış məzənnə 1,1136 AZN olmuşdur.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar RUB/AZN və AUR/AZN T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,60 faiz, ABŞ dolları üzrə isə 14,67 faiz təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında borcalma müddəti müvafiq surətdə 30 və 60 gün olmaqla illik 13 faizlə və 14 faizlə 1 000 000 USD və 300 000 USD həcmində iki əqd qeydə alınmışdır.