BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə avqustun 14-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8126 AZN olmuşdur. Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8126 AZN-ə bərabər idi.
USD/AZN T+0 aləti üzrə dilerlər tərəfindən tələbat olmadığından əqd bağlanmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 13 098 130 AZN məbləğində əqd bağlanmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8126 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi
16 105 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 13 098 130 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 4 026 250 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SVVAP-USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. RUB/AZN və AUR/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,794 faiz, ABŞ dolları üzrə isə 16,44 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında avqustun 14-də əqd bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]