BAKI DAİRƏVİ-1 AVTOMOBİL YOLUNUN TİKİNTİSİ GƏLƏN İL BAŞA ÇATACAQDIR
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, nəqliyyat vasitələrinin paytaxta daxil olmadan şimaldan cənuba və əks istiqamətə hərəkətini nəzərdə tutan Bakı dairəvi-1 yolunun inşası gələn il başa çatacaqdır. Uzunluğu 21,5 kilometr olan bu yol Biləcəri enişindən başlayır, Tbilisi prospekti, Qurd qapısı və Lökbatan dairəsini keçərək, Bakı-Qazax magistralına çıxır. Altızolaqlı birinci dərəcəli yolda 4 qovşaq, körpü və 2 piyada keçidi olacaqdır. Mürəkkəb relyefə baxmayaraq, dairəvi yol beynəlxalq standartlara uyğun tikilir. Yeni yol paytaxtda avtomobil tıxaclarının azalmasına kömək edəcək, həm də Azərbaycandan keçən tranzit yüklərin daşınmasını sürətləndirəcəkdir.
Küveyt İnkişaf Bankının, Abu Dabi Fondunun və Azərbaycan hökumətinin maliyyələşdirdiyi dairəvi yolun ümumi smeta dəyəri 49,6 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]