Bakı Dövlət Universiteti beynəlxalq reytinq siyahısında 154 pillə irəliləyib
Bakı, 16 may, AZƏRTAC
Dünya Universitetlərinin Webometrics reytinq (Webometrics Ranking of World Universities) siyahısını tərtib edən İspaniyanın Milli Tədqiqat Şurasının tərkibindəki Cybermetrics laboratoriyası 2020-ci il üçün dünya universitetlərinin reytinq siyahısına daxil olan universitetlərin adını açıqlayıb. Otuz minədək universitetin yer aldığı siyahıda Bakı Dövlət Universiteti (BDU) 3480-ci yerdə qərarlaşıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, adıçəkilən beynəlxalq agentliyin ötənilki reytinq cədvəli ilə müqayisədə Bakı Dövlət Universiteti 154 pillə irəliləyib. Həmçinin Azərbaycandan bu siyahıya daxil edilən 46 təhsil müəssisəsi arasında ilk sırada yer alıb.
Qeyd edək ki, beynəlxalq təşkilat 2004-cü ildən başlayaraq dünyanın 200 ölkəsindən 30 minədək ali təhsil müəssisəsini əhatə edən reytinq siyahısını tərtib edir. Agentlik seçimlərdə əsasən, tədris, tədqiqat fəaliyyəti, akademik reputasiya, universitetdə məşhur professorların və Nobel mükafatı laureatlarının, xarici tələbə və müəllimlərin, habelə istinadların sayı, beynəlxalq aktivlik, işəgötürənlərin rəyi və məzunların karyera potensialı, məzunların işlə təmin edilməsi kimi meyarlara diqqət verir.
Reytinq siyahısı haqqında ətraflı məlumatı http://www.webometrics.info/en linkindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]