Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Dövlət Universitetində “Heydər Əliyev:Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri” mövzusunda konfrans keçirilmişdir

Bakı, 5 may (AZƏRTAC). Mayın 5-də Bakı Dövlət Universitetində (BDU) Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri” mövzusunda konfrans keçirilmişdir.

Tanınmış ziyalıların, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər, müasir müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışmışdır.

Akademik A.Məhərrəmov dahi rəhbər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə respublikamızda və dünyanın ayrı-ayrı ölkələrində geniş tədbirlər keçirildiyini xatırlatmışdır.

Bakı Dövlət Universitetində də ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini qeyd edən rektor, bu mərasimlərin əhəmiyyətini vurğulamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran A.Məhərrəmov respublikamızın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsillə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən bəhs edən rektor, eyni zamanda, BDU-da qazanılan nailiyyətləri xatırlatmışdır.

Akademik A.Məhərrəmov demişdir: Xalqımız xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Biz xoşbəxtik ki, Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri” mövzusunda geniş məruzə ilə çıxış edərək demişdir: “Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq onu Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın lider dövlətinə çevirdi. Bəzi nüfuzlu qərb tədqiqatçılarının fikri ilə ifadə etsək: “Bu, Azərbaycana Cənubi Qafqazda ətraf ölkələrin geosiyasi kursunu müəyyən edən” lider dövlət mövqeyi qazandırdı. Əlbəttə, bütün bunlar ölkəyə regional və beynəlxalq səviyyədə iqtisadi, siyasi, sosial-mənəvi üstünlüklər qazandırmaqla yanaşı, həm də onun qarşısında həm ölkə daxilində, yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda, həm də bütün dünyada xüsusi düşünülmüş və davamlı geosiyasi fəaliyyət tələbləri qoydu.

Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə hazırda Azərbaycanın beynəlxalq aləm üçün müasir geosiyasi dəyər ölçülərini artıran, milli inkişafını dönməz edən, regional və beynəlxalq perspektivini yüksəldən, xarici aləmlə tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən əsas amillər daha çox ölkənin təbii-mineral ehtiyatları, Qərb ilə Şərq arasındakı mövcud siyasi, hərbi, ticarət və s. əlaqələrdə tutduğu mövqe, malik olduğu nəqliyyat-kommunikasiya və tranzit imkanları, yürütdüyü geoiqtisadi siyasət və s. ilə bağlıdır.

Dövlətimizin qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələri, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursu şərh edən Əli Həsənov demişdir ki, Azərbaycan özünün “Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmək” kimi geosiyasi və geostrateji iddialarını heç vaxt gizlətməmişdir. Bu gün Azərbaycan öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurslarının təxminən 60 faizi, yanacaq-enerji və maliyyə resurslarının 90 faizi, iqtisadi potensialının isə 75-80 faizi Azərbaycanın payına düşür. Hazırda həm qonşu dövlətlər, həm də dünyanın əksər geosiyasi aktorları bütün ölçülər üzrə regionun “lider ölkəsi” statusunu daşımaq imkanını məhz Azərbaycana aid edirlər. Mütəxəssislərin fikrinə görə, Azərbaycanın bölgədəki əksər geosiyasi hadisələrə görə getdikcə artan məsuliyyəti fonunda, həm də regional proseslərə təsir gücü gündən-günə yüksəlir. Beynəlxalq aləm Xəzər hövzəsi və Cənubi Qafqazın regional problemlərinin, bu məkanda reallaşdırılan əksər transmilli layihələrin və s. həllində, ilk növbədə Azərbaycanın mövqeyini əsas götürür və onunla hesablaşmaq məcburiyyəti ilə üzləşirlər.

Azərbaycanın qazandığı “regional lider dövlət” statusunu daha da möhkəmləndirməsi üçün qarşıdan gələn illərdə bir çox vacib və məsuliyyətli geosiyasi, geostrateji və geoiqtisadi vəzifələrin reallaşdırılmasının tələb olunduğunu vurğulayan Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, bu işin əsas hərəkətverici qüvvəsi rolunda ilk növbədə ölkənin ictimai-siyasi institutları, milli elitası və cəmiyyətin bütün orta təbəqəsi çıxış etsə də, müvəffəqiyyətli həlli daha çox ölkə rəhbərliyindən, hakimiyyət strukturlarından və həyata keçirilən rəsmi dövlət siyasətindən asılı olacaqdır.

Əli Həsənov demişdir ki, Azərbaycanın regionda və dünyadakı geosiyasi mövqeyini möhkəmləndirən əsas amil Xəzərin zəngin karbohidrogen ehtiyatlarının istehsalı və alternativ yollarla dünya bazarlarına daşınması sahəsində həyata keçirdiyi müstəqil və Qərbyönümlü enerji siyasəti olmuşdur. Ölkənin həyata keçirdiyi yeni neft strategiyası onu qısa müddətdə Avrasiyanın alternativ enerji və tranzit qovşağına və təminatçısına çevirmişdir. Hazırda Azərbaycan Avrasiyanın “elə bir geosiyasi məkanına çevrilmişdir ki, orada “ABŞ, Avropa İttifaqı, Rusiya və başqa dünya güclərinin geoiqtisadi maraqları, geosiyasi və hərbi-geostrateji mövqeləri bir-birinə ən yüksək dərəcədə yaxındır. Avropanın enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərinin artması üçün geniş perspektivlər yaradır.

Ölkənin dünya dövlətləri ilə geoiqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsi, xarici aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi, dünyada yeni-yeni satış bazarlarının axtarılması və mənimsənilməsi 2010-2020-ci illərdə Azərbaycanın əsas geosiyasi vəzifələri sırasına daxildir. Xarici aləmlə Azərbaycanı birləşdirən transmilli tranzit-nəqliyyat infrastrukturlarının, neft-qaz kəmərlərinin yenidən qurulması, buraxılış gücünün artırılması xüsusi əhəmiyyət kəsb edir.

Keçən illərdə 34 beynəlxalq transmilli şirkət və 16 nüfuzlu dövlət Azərbaycan vasitəsilə Xəzər regionundakı nəqliyyat-kommunikasiya dəhlizi və ixrac kəmərlərinin çəkilişi, yenidən qurulması və s. layihələrində iştirak etmişdir.

Azərbaycanın əsas strateji mənafeləri və geosiyasi maraqları, ilk növbədə, dövlət suverenliyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edilməsini, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasını və təhlükəsizliyinin təmin olunmasını tələb edir deyən Əli Həsənov bildirmişdir ki, ölkə daxilində dayanıqlı siyasi və liberal iqtisadi sistemin formalaşdırılması və inkişafı, sosial-iqtisadi tərəqqinin davam etdirilməsi, xarici aləmlə ortaq maraqların tapılması və uzlaşdırılması, ölkənin milli maraqlarının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin getdikcə artırılması və s. vəzifələrin reallaşması üçün ardıcıl tədbirlər görülür. Bu məsələlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı mövqelərinin güclənməsini şərtləndirən əsas strateji vəzifələr hesab olunur.

Müstəqillik bərpa edildikdən sonra Azərbaycan diplomatiyasının bütün səyləri planetin mürəkkəb siyasi münasibətlər sistemində ölkənin müharibədən çıxarılmasına, pozulmuş ərazi bütövlüyünün bərpa olunmasına, milli, regional və beynəlxalq maraqlarının təmin edilməsinə, xarici aləmlə dinc əməkdaşlıq mühitinin yaradılmasına yönəlmişdir. Prezident Heydər Əliyevin diplomatik məharəti, Azərbaycanın mühüm coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, dünya üçün kəsb etdiyi geosiyasi önəm və s. həmin vəzifələri həll etməyə şərait yaratmışdır. Azərbaycanın Avrasiyadakı əhəmiyyətli strateji mövqeyi və geosiyasi dəyəri məşhur dünya politoloqları, aparıcı tədqiqat mərkəzləri tərəfindən də etiraf olunmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrindən danışan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirmişdir ki, qloballaşma dövründə istənilən ölkənin cəlb olunduğu münaqişə təkcə həmin ölkənin deyil, həm də ümumilikdə, regionun və dünyanın geosiyasi və təhlükəsizlik mühitinə mənfi təsir göstərir, ölkələrin müxtəlif yönlü maraqlarına zərbə vurur. Hazırda rəsmi Bakı Azərbaycanın və ümumilikdə, regionun geosiyasi, geoiqtisadi maraqları və perspektivi baxımından, bütün münaqişələrin tezliklə, sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edir. Lakin, eyni zamanda, “nə sülh, nə müharibə” vəziyyətinin də sonsuza qədər uzanmasına göz yuma bilməyəcəyi, “sülh danışıqları nəticəsiz yekunlaşacağı təqdirdə digər vasitələrlə öz beynəlxalq və milli haqlarını təmin edəcəyi” haqqında ara-sıra bəyanatlar səsləndirir. Əlbəttə, bu, beynəlxalq münasibətlərin hazırkı vəziyyətində ən doğru və optimal mövqedir. Hazırda Ermənistan dünya dövlətlərinin ikili siyasətindən, BMT-nin və ATƏT-in səmərəsiz fəaliyyətindən, Minsk qrupunun və həmsədr ölkələrin neçə illərdir ki, ciddi bir mövqe ortaya qoya bilməməsindən, dünyadakı erməni diasporunun aparıcı ölkələrin rəsmi siyasətinə göstərdiyi ciddi təsirdən, xarici qüvvələrin hərbi-iqtisadi dəstəyindən bəhrələnərək öz işğalçı siyasətindən əl çəkmək istiqamətində hər hansı ümidverici mövqe sərgiləmir.

Bu gün Dağlıq Qarabağ problemi təkcə iki ölkə arasında yaşanan lokal münaqişə deyil, bütün regionun ciddi geosiyasi böhrana sürüklənməsidir və ayrı-ayrılıqda hər iki ölkənin sosial-iqtisadi inkişafı yolunda böyük maneədir. Beynəlxalq iqtisadi institutların hesablamaları göstərir ki, münaqişənin mövcudluğu region ölkələrinin iqtisadiyyatına qoyulan xarici sərmayələrin həcmini dəfələrlə azaltmışdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər və nüfuzlu şirkətlər region ölkələri ilə iqtisadi əlaqələri möhkəmlətməyin əsas şərti kimi məhz “münaqişələrin sülh yolu ilə nizamlamasını və regionda sabitliyin qorunmasını” göstərirlər.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibət bildirən bütün nüfuzlu qurumlar və ekspertlər bu problemi “regionda sülh və sabitliyi ən çox təhdid edən real bir təhlükə” kimi xarakterizə etmişlər və etməkdədirlər. İstər Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasındakı çıxışı zamanı, istərsə də sonrakı çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan Azərbaycan ərazilərinin rəsmi Bakının və beynəlxalq aləmin nəzarətindən çıxdığını, “nəzarətsiz və təhlükəli zonaya” çevrildiyini bəyan etmişdir. Bu isə həmin ərazidə beynəlxalq terrorizm, nəzarətsiz silah və narkotik qaçaqmalçılığı üçün əlverişli şərait yaradır.

Rəsmi Bakının hazırda xarici siyasətinin əsas istiqamətlərindən birini məhz dünya birliyinin bu problemə beynəlxalq hüquqa uyğun, konstruktiv və prinsipial yanaşmasını təmin etmək və onun köməyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaq təşkil edir. Keçən müddətdə bu istiqamətdə həyata keçirilən fəaliyyət nəticəsində Azərbaycan bu münaqişənin mahiyyətini açmış və dünya ölkələrinin ictimaiyyətinə çatdırmış, ermənilərin ölkəmizə qarşı həyata keçirdikləri işğalçılıq faktını BMT TŞ-nin dörd qətnaməsində, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, NATO, İKT və s. qurumların sənədlərində əks etdirmişdir. Lakin, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çoxdur ki, həllini tapa bilməməsində dünyanın aparıcı dövlətlərinin və onların təmsil olunduğu qurumların ikili standartlar çərçivəsindəki yanaşmasının, yalnız deklarativ bəyanatlar verməklə kifayətlənməsinin, məsələyə seyrçi münasibət göstərməsinin xüsusi təsiri olmuşdur.

Dünyanın əksər konfliktoloqları bu münaqişənin həllini yalnız sülh yolu ilə, ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində mümkün sayır və belə olacağı təqdirdə Azərbaycanın real geosiyasi imkanlarının daha da artacağını, onun regional lider statusunu daha da möhkəmləndirəcəyini proqnozlaşdırırlar.

Azərbaycanın bütün fəaliyyəti və geosiyasi addımları ilə Xəzər hövzəsində, həmçinin Cənubi Qafqazda sabitləşdirici rol oynayan bir ölkə olduğunu diqqətə çatdıran Əli Həsənov demişdir ki, bütün bu reallıqların, imkan və geosiyasi perspektivlərin bölgədə və dünyada Azərbaycana əlavə geosiyasi üstünlüklər qazandıracağı şübhəsizdir. Bu gün dövlət müstəqilliyi möhkəmlənmiş və hərtərəfli inkişaf edən Azərbaycan həm özünün daxili məsələlərini uğurla həll etmək iqtidarındadır, həm də regionda, beynəlxalq aləmdə geosiyasi, geoiqtisadi və s. maraqlarını qorumağa, öz prinsipial mövqeyini müdafiə etməyə qadirdir. Artıq dünyanın əksər geosiyasi güc mərkəzləri Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verir və yerləşdiyi regionun bütün transmilli məsələlərinin həllində onun rəyini nəzərə alırlar. Bu geosiyasi vəziyyət və imkanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycanın mövqeyini gücləndirir ki, bu da ölkənin gələcək inkişafı haqqında nikbin ovqat yaradır.

X X X

BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və digər alimlər də konfransda çıxış edərək ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan danışmış, onun ideyalarının əbədiyaşar olduğunu vurğulamışlar.

Sonra BDU-nun Gənc Alimlər Şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elan etdiyi müsabiqə qalibləri mükafatlandırılmışlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

PISA 2025: Fransanın təhsil nəticələri rekord səviyyədə gerilədi – ölkə 18 pillə aşağı düşdü

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək

Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

Fransada yanğınsöndürənlər tətilə başlayıblar

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Brüssel aeroportu Almaniyanın Köln şəhəri ilə yüksəksürətli dəmir yolu əlaqəsinə qoşulub

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb

Saymon Stil: Təmiz enerjiyə keçid prosesi artıq dönməzdir

Sabah bəzi yerlərdə yağış yağacaq

Mahir Emreli hücum keyfiyyətlərinə görə Polşa çempionatının ən yaxşı futbolçuları sırasındadır

BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 2002-ci il 9 aprel tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI