ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində onlayn imtahan sessiyası uğurla davam edir
Bakı, 12 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iyunun 11-də bakalavriat pilləsində təhsil alan 84 qrup üzrə 2044 (60 nəfəri “SABAH” qruplarından olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 76 ixtisaslaşmada 52 fənn üzrə 193 magistrant imtahan verib. İmtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.
Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkili məqsədilə texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.
İmtahan sessiyası iyulun 10-da yekunlaşacaq.