Bakı Dövlət Universitetində onlayn imtahan sessiyasının ilk həftəsinə yekun vurulub
Bakı, 13 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının ilk həftəsinə yekun vurulub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 12-də bakalavriat pilləsində təhsil alan 207 qrup üzrə 4389 (328 nəfəri “SABAH” qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 87 ixtisaslaşmada 71 fənn üzrə 282 magistrant imtahan verib.
İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Qeyd edilib ki, BDU-da yay semestrinin imtahan sessiyası 5 həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək, sessiya iyulun 10-da yekunlaşacaq.
Bu günə qədər BDU-da bakalavriat pilləsində təhsil alan 860 qrup üzrə 19045 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 327 ixtisaslaşmada 246 fənn üzrə 1081 magistrant imtahan verib.