Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi uğurla tamamlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20 milyon dollar olan AZ2003019877 İSİN-li, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla tamamlanıb.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, hərrac zamanı 65 investor tərəfindən qiymət intervalı 100.0000 (6%) və 101.3741 (5.5%) dollar olan 68 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,521,800 dollar, yerləşdirilmiş həcmi isə 20,000,000 dollar təşkil edib. İstiqrazların kəsmə qiyməti 100.0000 (6 %) dollar, orta ölçülmüş qiyməti isə 100.0433 (5.9841%) dollar olaraq müəyyən edilib.
Qeyd edək ki, tədavül müddəti 3 il olan “AzerGold” istiqrazlarının nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 6 faiz, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların tədavül müddəti 29 yanvar 2027-ci il tarixində bitir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]