BAKI FOND BİRJASINDA NÖVBƏTİ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 20-də Bakı Fond Birjasında Milli Bankın ümumi məbləği 35 milyon manat, hərraca çıxarılan məbləği 20 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Notlar sentyabrın 17-də ödəniləcəkdir.