Bakı Forumu xalqların sülh şəraitində birgə yaşamasına böyük töhfə verəcəkdir
Bakı, 16 may (AZƏRTAC). Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xalqların sülh şəraitində birgə yaşamasına böyük töhfə verəcəkdir.
Bu sözləri Forumda iştirak etmiş görkəmli qazax şairi və alimi, ictimai-siyasi xadim Oljas Süleymenov AZƏRTAC-a müsahibəsində söyləmişdir.
O. Süleymenov bildirmişdir ki, bu möhtəşəm Forumun məhz Bakıda keçirilməsi əslində gözlənilən idi. Çünki Azərbaycanın mötəbər mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi ilə bağlı çox böyük təcrübəsi vardır. Müasir dünyada sülhə daha çox ehtiyacımızın olduğu məhz indiki zamanda Azərbaycan Prezidenti İlham Əliyevin belə bir təşəbbüslə çıxış etməsi həqiqətən də təqdirəlayiqdir. Əminəm ki, bu Forumun mədəniyyətlərarası dialoqun qurulması və inkişafında çox böyük əhəmiyyəti olacaqdır.
O. Süleymenov demişdir: “Mən Azərbaycanı öz doğma vətənim kimi sevirəm. Son dövrlərdə ölkənizdə gedən inkişaf prosesləri məni hədsiz dərəcədə sevindirir. Mən bilirəm ki, bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]