İQTİSADİYYAT
Bakı-Gürcüstan avtomobil yolunun 96-cı kilometrində hərəkət məhdudlaşdırılacaq
Bakı, 14 dekabr, AZƏRTAC
Təmir-bərpa işləri ilə əlaqədar dekabrın 14-dən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrində, magistralın Hacıqabul rayonunun Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşma təmir-bərpa işləri yekunlaşanadək qüvvədə olacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təmir müddəti ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iki tərəfli olmaqla magistralın əks istiqaməti üzrə təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]