Bakı İlahiyyat Kolleci Gəncədə tələbələr üçün “Qış məktəbi” təşkil edəcək
Bakı, 20 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kolleci dekabrın 25-dən 28-dək tələbələr üçün “Qış məktəbi” təşkil edəcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Gəncədə keçiriləcək “Qış məktəbi”nin əsas məqsədi kollec tələbələrini milli-mənəvi və dini dəyərlər mövzusunda maarifləndirmək, ölkəmizin tarixi və ənənələri haqqında məlumatlandırmaq, həmçinin maddi-mədəni irs nümunələrimiz ilə tanışlıqdır. Üç gün davam edəcək layihə çərçivəsində ekspertlərin iştirakı ilə müxtəlif mövzularda seminar və müzakirələr təşkil ediləcək, tələbələr arasında intellektual yarışlar keçiriləcək.
Bundan başqa, Azərbaycanın qədim şəhəri olan Gəncənin tarixi, mədəni-dini abidələrinə - Heydər Əliyev park-kompleksi, “İmamzadə” ziyarətgah kompleksi, Nizami Gəncəvinin məqbərəsi, “Şah Abbas” məscidi, Cavadxan türbəsi və “Cümhuriyyət binası”na ekskursiyalar olacaq, Şəhidlər xiyabanı ziyarət ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:40]
AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [11:33]
“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir
- 05.10.2026 [11:25]
Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər
- 05.10.2026 [10:54]
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb
- 05.10.2026 [10:47]
Son iki gündə 60 cinayətin açılması təmin olunub
- 05.10.2026 [09:56]
“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]