Bakı-Masazır istiqamətində avtobusların sayı artırılıb
Bakı, 12 iyun, AZƏRTAC
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) müşahidələrinə əsasən və sərnişinlərdən daxil olan müraciətləri də rəhbər tutaraq sıxlığın aradan qaldırılması üçün bu gündən etibarən 525 nömrəli marşrut xətti üzrə (Bakı-Masazır) avtobusların sayı 17-dən 21-ə çatdırılıb və pik saatlarda 4 iritutumlu avtobus cəlb olunub.
Bu barədə AZƏRTAC-a DANX-dan bildirilib.
Sərnişinlərdən xahiş olunur ki, günün pik saatlarında Bakı-Sumqayıt istiqamətindəki yolda olan sıxlığı nəzərə alaraq sosial izolyasiya qaydalarına əməl etsinlər və tibbi qoruyucu vasitələrdən istifadə etsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]