BAKI METROPOLİTENİ XÜSUSİ İŞ REJİMİNDƏ ÇALIŞIR
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Bakı Metropoliteni xüsusi iş rejimində çalışır. Metro stansiyalarında təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuş, sərnişinlərin sərbəst hərəkətini təmin etmək üçün qatarlara əlavə vaqonlar qoşulmuşdur.
Metropolitenin rəisi Tağı Əhmədov bildirmişdir ki, Bakının yeraltı yolları 20 Yanvar faciəsinin 20-ci ildönümü günü xüsusi iş rejimində fəaliyyət göstərir. Metro stansiyalarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə polislərin sayı artırılmışdır. Metropoliten işçiləri də tam heyətlə gecə yarısınadək xətdə olacaqlar. Bu gün metropolitenə ehtiyat qatarlar buraxılmışdır.
Metronun “20 Yanvar” stansiyasında hər il olduğu kimi, ümumxalq hüzn gününə xüsusi hazırlıq görülmüşdür.
Stansiyada ulu öndər Heydər Əliyevin “Azadlıq xalqın milli sərvətidir” sözlərini yazmaq üçün 23 min müxtəlif rəngli qərənfildən istifadə olunmuşdur.
Şəhər əhalisi stansiyada 20 Yanvar hadisələri qurbanlarının xatirəsini yad etmişlər.
Bundan başqa, yüzlərlə vətəndaş “20 Yanvar” stansiyası üzərindəki dairədə şəhidlərin xatirəsinə ucaldılan memorial abidə kompleksini də ziyarət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]